Halil Sezai, tam adı ilə Halil Sezai Paracıkoğlu () — Türk aktyor, müğənni.

Atasının ailəsi Bolqarıstanın Pazarcıq rayonunun Paracıq kəndindən olub, soyadını buradan almaqdadır.

Əskişəhər Atatürk Liseyindən və 2003-cü ildə Hacettepe Universiteti Ankara Dövlət Konservatoriyası Teatr fakültəsindən məzun oldu. 2012-ci ildə Kral Tv Musiqi Mükafatlarında "ən yaxşı çıxış edən sənətçi" mükafatını almışdır.

2010-cu ildə ekranlara girən əncir mürəbbəsi filmi ilə ağ pərdədə yer alan Sezai, seriyalın davam filmi olan 2014-cü il istehsalı əncir mürəbbəsi 2-də də baş rolda oynamışdır. 2014-cü il tarixli Çiyələk filminin isə prodüserliyini də öhdəsinə götürmüşdür. Yapışıq Qardaşlar filmində İmam rolunu oynamışdır.

Halil Sezainin Cenk adlı qardaşı və Duyğu adında bacısı var. Böyük qardaşı Cenk Paracıkoğlu bir vaxtlar modelyerlik və musiqiçiliklə məşğul olmuşdur. Bacısı Duyğu Paracıkoğlu isə aktirisadır.

Həbsi 2022-ci ilin noyabr ayında müğənni səhnəyə çıxdığı məkanda qonşusu ilə münaqişə yaşayıb. Sezai hadisə zamanı qonşusunu döyərək təhqir edib. Məhkəmənin qərarı ilə o 4 ay 25 gün müddətinə azadlıqdan məhrum edilib.

Filmoqrafiya Əziz Qayınatam: Cem — 2007 Könül Yarası: Qarson — 2004 Ihlamurlar Altında: Murad — 2005 Qədər: Levent — 2007 Qəhvə Bəhanə: Möhsün — 2009 Etmə Deyirəm: həkim Tezcan — 2009 Türkan: İsmayıl — 2011 Mavi Pansiyon: 2011 Əncir mürəbbəsi: Mətn (Film) 2010 Problem Həll Edən Adam: İnternet Serialı — 2011 Bir hekayəm var: 2013 Sabit Kanca: Fizika Müəllimi — 2013 Çiyələk: (Film) 2014 Əncir mürəbbəsi 2: Mətn (Film) 2014 Ammar: (Film) 2014 Dostum xoş gəldin: Komediya Proqramı — 2014 Yapışıq Qardaşlar: (Film) İmam — 2015 Halil Sezai həmçinin, Badem qrupunun Qəlbsiz və Buludsuzluq Həsrətinin Külək kliplərində rol almışdır.

Diskoqrafiya Seni Beklerken (2011) Her Neyse (feat. Serhat Karayiğit) (2012) Seni Beklemek (2012) Ey Aşk (2013) Ervah-ı Ezelden (2015)

Videoqrafiya İlMahnıAlbom2011"Olsun""Seni Beklerken"2012"Sonbahar""Ağlamışız""Her Neyse" (ft. Serhat Karayiğit)"Her Neyse""Seni Beklemek""Seni Beklemek"2013"Yangın Var""Ey Aşk""Dolunay""Yok""Garip"2015"Duyanlara Duymayanlara""Ervah-ı Ezelden""Git"

Mükafatları və namizədlikləri İlNamizəd Göstərilən ÇalışmaMükafatı Verən TəşkilatMükafatNəticə2012Halil SezaiKral TV Video Musiqi MükafatlarıƏn Yaxşı Çıxış Edən SənətçiQazandıSəni GözlərkənƏn Yaxşı AlbomNamizədOlsunƏn Yaxşı MüğənniNamizəd2015Kafası Kendinden Bile GüzelƏn Yaxşı Film MusiqisiNamizəd

İstinadlar http://www.poptakip.com/roportajlar/1836-halil-sezai-roportaji-2012.html http://www.sinemalar.com/sanatci/63910/Sezai-Paracikoglu/ Sinemalar.com biyografi 18. Kral Müzik Ödülleri Adayları 3 Mayıs 2012 tarihinde erişildi.

Xarici keçidlər Ağpərdə də Halil Sezai Paracıkoğlu Halil Sezai Paracıkoğlu Resmi Myspace Sayfası Resmî site

Kateqoriya:Qızıl Kəpənək mükafatı laureatları Kateqoriya:Türkiyənin televiziya aktyorları Kateqoriya:Türkiyə kişi film aktyorları