Qaraqoyunlu () — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd.

Əhalisi 2006-cı il məlumatına görə kənddə 791 nəfər yaşayır (164 ailə). Bu kəndin bütün əhalisi etnik azərbaycanlılardan ibarətdir və azərbaycanca danışırlar. Kənd əhalisi qaraqoyunlu oymağındandır.

Coğrafiya Bu kənd Sayınqala bölgəsinin şimali hissəsində yerləşir və cənubdan cıgatu çayı ilə həmsərhəddir. Şərqdən Ağcalı kəndi , qərbdən Keşavərz şəhəri və şimaldan isə Aşağı Qarabulaq kəndi ilə qonşudur. Kəndin havası qışı soyuq və qarlı, yayı isə mülayim keçir.

Əhalinin peşəsi Əhalinin çox hissəsi kənd təsrrüfatı və davar saxlamaqa məşğul olar və onların bir qismi də böyük şəhərlərə o cümlədən Təbriz, Urmiya və Sayınqalaya köçmüşlər. Kənddə yetişdirilən meyvə ağacları: badam, üzüm, alma və cəviz.

İstinadlar

Kateqoriya:Şahindej şəhristanının kəndləri