Tamara "Tako" Qaçeçiladze (, ) — Gürcüstan müğənnisi, bəstəkarı və aktrisası. O, Gürcüstanı 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir.

Musiqi karyerası Tamara Qaçeçiladze vətəni olan Gürcüstanı 2008 Avroviziya Mahnı Müsabiqəsində təmsil edə bilmək üçün Gürcüstanın GPB telekanalının təşkil etdiyi milli seçim turunda "Me and My Funky" adlı mahnı ilə iştirak etmiş və onuncu yerdə qərarlaşaraq, yarışmada məğlub olmuşdur. Daha sonra müğənni 2009-cu ildə "Stephane & 3G" qrupunun üzvü olaraq Gürcüstanın Avroviziya üçün keçirdiyi milli seçim turuna yenidən qatılmışdır. Qrup ifa etdikləri "We Don't Wanna Put In" mahnısı ilə seçim turunda qələbə qazansa da, mahnının siyasi mesaj daşıması səbəbindən Gürcüstanın müsabiqədə iştirakı təxirə salınmışdır.

Tamara Qaçeçiladze "Keep the Faith" mahnısı ilə Gürcüstanı Ukraynanın paytaxtı Kiyevdə keçirilən 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. Müğənni 9 may tarixində baş tutan yarımfinal mərhələsində səhnə almış və səsvermədə 11-ci yerdə qərarlaşaraq, finala adlaya bilməmişdir.

Həyatı Tamar Qaçeçiladze 17 mart 1983-cü ildə Gürcüstanın paytaxtı Tbilisi şəhərində anadan olmuşdur.

Diskoqrafiya Sinqlları Mahnı adı İl "Me and My Funky" 2008 "Keep the Faith" 2017

İstinadlar

Kateqoriya:Gürcüstan müğənniləri Kateqoriya:"Avroviziya" iştirakçıları Kateqoriya:Gürcüstanın "Avroviziya" təmsilçiləri