Yan Aleksandroviç Nepomnyaşşiy (, ) — Rusiya şahmatçısı, qrosmeyster, Rusiya Çempionu (2010).
Həyatı
Karyerası 2008-də Aeroflot Opendə ilk yeri tutaraq 2008 Dortmund Sparkassen Chess Meeting-ə vəsiqə qazanır.
2010-da Riyekada 11 oyundan 9 xal ilə Avropa Çempionatının qalibi olur. Həmin ildə Rusiya Çempionatında ilk yeri tutur. Qeyd edək ki, əlavə görüşdə Sergey Karyakin üzərində qələbə qazanır.
2011-ci ildə 22 kateqoriyalı Mixail Talın xatirəsinə həsr edilmiş turnirdə 3–5-ci yerləri bölüşdürür. 2013-cü ildə Avropa Çempionatında bu dəfə 1–8-ci yerləri bölür.
2013-də Antalyada keçirilən komandalar arası Dünya Çempionatında Rusiya komandasının tərkibində qızıl medal qazanıb.
2014-cü ildə keçirilən blitz üzrə Dünya Çempionatının gümüş mükafatçısıdır.
2015-ci il Aeroflot Opendə ikinci olmuşdur.
İstinadlar
Xarici keçidlər
Ian Nepomniachtchi. Chess-DB.com Ian Nepomniachtchi. 365chess.com Ian Nepomniachtchi. fide.com Ian Nepomniachtchi. chessgames.com
Kateqoriya:Rusiya şahmatçıları Kateqoriya:Şahmat qrosmeysterləri Kateqoriya:Şahmat Olimpiadalarının iştirakçıları Kateqoriya:Şahmat üzrə Avropa çempionları Kateqoriya:Rusiyanın əməkdar idman ustaları Kateqoriya:Şahmatın blits növü üzrə dünya çempionları Kateqoriya:"Nə? Harada? Nə zaman?" oyunçuları