Marsel Efroimski (; ) — İsrail şahmatçısı, qadınlar arasında beynəlxalq qrosmeyster (2016).

Şahmat karyerası Efroimskinin valideynləri İsrailə keçmiş Sovetlər ittifaqından köçüblər.

Eforimski iki dəfə gənclər arasında şahmat üzrə dünya çempionatının qalibi olub: 2007-ci ildə Kemerdə keçirilən 12 yaşadək şahmatçılar kateqoriyasında və 2009-cu ildə Antalyada keçirilən 14 yaşadək şahmatçılar kateqoriyasında.

Eforimski 2009-cu ildə 14 yaşadək gənclər arasında Avropa çempionu olub. 2011-ci ildə 16 yaşadək gənclər arasında Avropa çempionatında Mariya Severina, Mariya Tançyura, Filiz Osmanoca və Amalya Aranas ilə 1–4-cü yerləri bölüşdürmüşdür.

O, 2008 Drezden, 2010 Xanti-Mansi və 2012 İstanbul Şahmat Olimpiadalarında İsraili təmsil etmişdir. Efroimski, 2008-ci ildə qadınlar arasında FİDE ustası adına, 2011-ci ildə qadınlar arasında beynəlxalq usta adına və 2016-cı ildə qadınlar arasında beynəlxalq qrosmeyster adına layiq görülmüşdür.

İstinadlar

Xarici keçidlər

FIDE Chess profili Marsel Efroimski. Chess-DB.com Marsel Efroimski. Chessgames.com Marsel Efroimski. 365Chess.com

Kateqoriya:İsrail şahmatçıları Kateqoriya:İsraildə doğulanlar Kateqoriya:Şahmat Olimpiadalarının iştirakçıları Kateqoriya:Qadın şahmat qrosmeysterləri Kateqoriya:Şahmat beynəlxalq ustaları