Azərbaycanda insan haqları və ya Azərbaycanda insan hüquqları — 1995-ci il noyabrın 12-də qəbul edilmiş Konstitusiya Azərbaycanda əsas insan hüquq və azadlıqlarının həyata keçirilməsinə əsaslanan yeni dövlət quruculuğunun başlanğıcını qoymuşdur. Konstitusiya ölkədə insan hüquq və azadlıqlarının qorunmasının əsasını təşkil edir. Sənədin "Əsas insan və vətəndaş hüquqları və azadlıqları" adlı üçüncü fəsli insan hüquqlarının geniş dairəsini əhatə edən 48 maddəni özündə əks etdirir.
Tarixi 1995-ci il noyabrın 12-də qəbul edilmiş Konstitusiya Azərbaycanda əsas insan hüquq və azadlıqlarının həyata keçirilməsinə əsaslanan yeni dövlət quruculuğunun başlanğıcını qoymuşdur. Konstitusiya ölkədə insan hüquq və azadlıqlarının qorunmasının əsasını təşkil edir. XX əsrdə insan hüquqları sahəsində əsasən 10 dekabr 1948-ci ildə BMT tərəfindən qəbul olunmuşdur. Bunula əlaqədar olaraq,1950-ci ildən başlayaraq 10 dekabr İnsan hüquqları günü kimi qeyd olunur. Sənədin "Əsas insan və vətəndaş hüquqları və azadlıqları" adlı üçüncü fəsli insan hüquqlarının geniş dairəsini əhatə edən 48 maddəni özündə əks etdirir.
Azərbaycan Respublikası Prezidenti tərəfindən 1998-ci il 22 fevral tarixində "İnsan və vətəndaş hüquqları və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" fərman imzalanmış və onun 1998-ci il 18 iyun tarixli sərəncamı ilə insan hüquqlarının müdafiəsi sahəsində Dövlət Proqramı təsdiqlənmişdir. Qeyd olunan dövlət proqramı əsasında 2002-ci ildə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) institutu təsis edilmişdir.
1998-ci il noyabr ayının 26-da Azərbaycan Respublikası Prezidenti və ATƏT-in Fəaliyyətdə olan Sədri tərəfindən Azərbaycan Hökuməti və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu arasında Qarşılıqlı Anlaşma Memorandumu imzalanmışdır. Memorandumun əlavəsində ölkədə insan hüquqları sahəsində demokratik islahatların həyata keçirilməsi istiqamətində sıx əməkdaşlıq nəzərdə tutulmuşdur.
2000-ci illərdən hakimiyyət Azərbaycanda fəaliyyət göstərən müstəqil QHT-lər üzərinə təzyiq göstərmək məqsədilə qeydiyyat üçün aydın olmayan tələblərdən, hesabat və vergiqoyma kimi qanunvericilik alətlərindən istifadə edir. QHT-lərin qeydiyyatından əsaslandırılmamış imtinalar uzun müddətdən bəridir ki, narahatlıq doğurur və hökumətə tənqidi yanaşan təşkilatlar, qeydiyyat prosesinin ləngidilməsi və ya tamamilə imtina edilməsi mümkünlüyü ilə daim üzləşirlər. Xarici QHT-lərin Azərbaycan Ədliyyə Nazirliyində qeydiyyatdan keçmədən və bütün fəaliyyətlərini əhatə edən müvafiq saziş olmadan Azərbaycanda fəaliyyətləri qadağandır. Yerli QHT-lər nəzəri olaraq qeydiyyatdan keçmədən hüquqi şəxs kimi mövcud ola bilərlər, lakin fəaliyyətləri üçün büdcədən və donorlardan vəsait almaqda çətinliklərlə üzləşə bilərlər. Keçmiş illərdə Avropa İnsan Haqları Məhkəməsi Azərbaycan hakimiyyətinin QHT-lərin qeydiyyatından əsassız olaraq imtina etməklə və ya qeydiyyatı gecikdirməklə, təşkilatlanma azadlığını pozmaqda məsuliyyətli bildiyini ehtiva edən bir neçə qərarlar qəbul etmişdir.
QHT-lərin işinə aid qanunlara 30 iyun 2009-cu ildə qəbul edilmiş düzəlişlər QHT-lər üçün bir sıra məhdudlaşdırıcı müddəaları nəzərdə tutmaqla, hakimiyyətə öz bildiyi kimi hərəkət etmək imkanı verən daha geniş səlahiyyətlər yaradır. Bu düzəlişlərə əsasən, dövlət onun nəzərində dövlətin səlahiyyətlərinə müdaxilə edən istənilən QHT-nin fəaliyyətini qadağan və ləğv etmək səlahiyyətinə malikdir.
Müqavilələr BMT-nin əsas müqavilələri Azərbaycanın iştirakı Avropa Şurasının əsas müqavilələri Azərbaycanın iştirakı İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiya ????-cı ildə ratifikasiya edilib Avropa İnsan Hüquqları Konvensiyası 2001-ci ildə ratifikasiya edilib Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt 1996-cı ildə ratifikasiya edilib Protokol 1 (AİHK) 2001-ci ildə ratifikasiya edilib Mülki və Siyasi Hüquqlara dair Beynəlxalq Paktın İlk İstiqamətli Protokolu ????-cı ildə ratifikasiya edilib Protokol 4 (AİHK) 2001-ci ildə ratifikasiya edilib Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın İkinci Əlavə Protokolu ????-cı ildə ratifikasiya edilib Protokol 6 (AİHK) 2001-ci ildə ratifikasiya edilib "İqtisadi, sosial və mədəni hüquqlar haqqında" Beynəlxalq pakt 1992-ci ildə ratifikasiya edilib Protokol 7 (AİHK) 2001-ci ildə ratifikasiya edilib Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında Konvensiya ????-cı ildə ratifikasiya edilib Protokol 12 (AİHK) 2001-ci ildə ratifikasiya edilib Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında Konvensiyaya (Əlavə Protokol) ????-cı ildə ratifikasiya edilib Protokol 13 (AİHK) İmzalanmayıb BMT-nin İşgəncələrə qarşı Konvensiyası 2003-cü ildə ratifikasiya edilib Avropa Sosial Xartiyası 2001-ci ildə ratifikasiya edilib İşgəncə Əleyhinə Konvensiyaya (Əlavə Protokol) ????-cı ildə ratifikasiya edilib Əlavə Protokol 1988 (ATŞ) Uşaq Hüquqları Konvensiyası 1992-ci ildə ratifikasiya edilib Əlavə Protokol 1995 (ATŞ) Uşaqların silahlı münaqişələrə cəlb edilməsinə dair Fakultativ Protokol ????-cı ildə ratifikasiya edilib Yenilənmiş Avropa Sosial Xartiyası Uşaqların satılması, uşaq fahişəliyi və uşaq pornoqrafiyasına dair əlavə protokol ????-cı ildə ratifikasiya edilibİşgəncə və qeyri-insani və ya təhqiramiz müalicə və ya cəzanın qarşısının alınması üzrə Avropa Konvensiyası Ratified i 1990 Birləşmiş Millətlər Təşkilatının Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının qorunması üzrə Konvensiya 2009-cu ildə ratifikasiya edilib Regional və azlıq dilləri üçün Avropa Xartiyası İmzalanıb amma ratifikasiya olunmayıb Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiya 2007-ci ildə ratifikasiya edilib Milli Azlıqların Müdafiəsi üzrə Çərçivə Konvensiyası 2011-ci ildə ratifikasiya edilib Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiya (Əlavə Protokol) ????-cı ildə ratifikasiya edilib Avropa Şurasının İnsan alveri ilə mübarizə haqqında Konvensiyası ????-cı ildə ratifikasiya edilib Birləşmiş Millətlər Təşkilatının Korrupsiya əleyhinə Konvensiyası 2005-ci ildə ratifikasiya edilib BMT-nin çoxtərəfli anti-korrupsiya aləti
İnsan haqları təşkilatları tərəfindən qiymətləndirmələr
Amnesty International Amnesty International-ın 2011-ci ildə nəşr etdiyi hesabatında qeyd olunur ki, Azərbaycan hökuməti dinc etiraza, tənqidi rəyə və müxalifətə məkan verməlidir. Amnesty International Azərbaycan hökumətini vətəndaş cəmyyətinin və müstəqil medianın təqibinə və əzişdirilməsinə son qoymağa çağırıb. Hesabatda qeyd olunur ki, hökumət bütün vicdan məhbuslarını azad etməli və beynəlxalq qanunlara uyğun olaraq ifadə və sərbəst toplaşma barədə öhdəliklərinə tam ehtiram göstərməlidir.
Humans Rights Watch Human Rights Watch-ın 2014-cü ildə nəşr etdiyi hesabatında qeyd olunur ki, "hakimiyyəti tənqid edən hər kəsi qəribə ittihamlarla həbs etmək, hakimiyyətin nə ölkə daxilində, nə də xaricdə etimadını yüksəldəcək". Hesabatda həmçinin hakimiyyəti tənqid edən amma "insan haqları vəziyyətini yaxşılaşdırmaq üçün hakimiyyətlə əlaqələrin tam potensialını istifadə etməyən" Azərbaycanın beynəlxalq partnyorları da tənqid olunur.
Human Rights Watch 2016-cı il dünya hesabatının Azərbaycanla bağlı hissəsində, Azərbaycan hökumətin 2016-cı il boyunca fərqli fikirlərə qarşı amansız hücumlarını davam etdirdiyini qeyd olunub.
Freedom House Freedom House təşkilatının "2018-ci il üçün İnternet Azadlığı: Rəqəmsal avtoritarizmin yüksəlişi" hesabatında Azərbaycan 60-cı yeri tutub. Hesablamada 0-dan 100-dək qiymətləndirmə sistemindən istifadə olunub. Bu qiymətləndirmədə 0 "ən çox azadlığı", 100 isə "ən az azadlığı" olan ölkələri göstərir. Azərbaycan bu qiymətləndirmədə 60-cı pilləni tutaraq qismən azad ölkələr siyahısına düşüb.
Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları Şurası 2016-cı ildə BMT-inin İnsan Haqları Şurasının hesabatında qeyd olunur ki, Azərbaycan dövləti Komitənin Optimal Protokol şəklində insan haqları haqqında verdiyi tövsiyələri tətbiq etməyib. Hesabatda deyilir ki, başlıca narahatlıq sentyabrın 26-da keçirilmiş referenduma əsasən Konstitusiyaya edilən dəyişikliklərdəndir. Qeyd olunur ki, bu dəyişikliklər prezidentin səlahiyyətlərini artırmaqla yanaşı onun hesabatlılığını azaldır. Bundan başqa dəyişikliklər ədliyyənin müstəqilliyinə ciddi xələl gətirib. Hesabat bildirir ki, Azərbaycan hökuməti bu narahatlıqlarla bağlı Konstitusiyaya müvafiq dəyişikliklərin edilməsini təmin etməlidir.
Digər təşkilatlar 2019-cu ildə Böyük Britaniyanın "The Economist" jurnalı hər il tərtib etdiyi demokratiya səviyyəsinə görə ölkələrin illik reytinqində Azərbaycan avtoritar dövlətlər qrupuna aid edilib, dünyada 149-cu yerdə qərarlaşıb.
2018-ci ildə nəşr olunan İnsan Azadlığı İndeksində Azərbaycan 159 ölkədən 128-ci yerdə qərarlaşıb. Azərbaycanda hüququn aliliyi 4,20, təhlükəsizlik 8,86, hərəkət azadlığı 5, din azadlığı 2,50, birləşmə azadlığı 3,13, ifadə və informasiya azadlığı 5,27, münasibətlər 8,33, hökumətin ölçüsü 5,19, hüquqi sistem və mülkiyyət hüquqları 5,95, möhkəm valyuta 7,45, beynəlxalq ticarət azadlığı 7,07, tənzimləmə 7,08 balla dəyərləndirilib.
Siyasi və vətəndaş hüquqları
Din azadlığı
Azərbaycan Respublikası Konstitusiyasının 48-ci maddəsinə əsasən hər bir şəxs vicdan azadlığı hüququna malikdir. Konstitusiyanın 18-ci maddəsinin 1–3 bəndlərində göstərilir ki, Azərbaycan Respublikasında din dövlətdən ayrıdır, bütün dini etiqadlar qanun qarşısında bərabərdir, insan şəxsiyyətini alçaldan, insanlıq prinsiplərinə zidd olan dinləri yaymaq və təbliğ etmək qadağandır. "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikasının Qanunu hər bir şəxsin dinə münasibətini müəyyənləşdirmək və ifadə etmək hüququna və həmin hüququ həyata keçirməyə təminat yaradır.
Azərbaycanın təhsil naziri Misir Mərdanov 2010-cu il sentyabr ayinda qızların hicabla dərsə gəlməsini qadağan etməsi, Azərbaycanda hicabla bağlı etirazlar yaratdı. Aksiyalarda Azərbaycan İslam Partiyası və Rifah Vətəndaş Hərəkatı da iştirak etmişdir. Aksiyalar azərbaycanin müxtəlif şəhərlərində, o cümlədən Gəncə, Masallı və Lənkəranda keçirilib. Ən böyük aksiya isə Bakı şəhərində 2011-ci il 6 mayda təhsil nazirliyi binasinin qarşısında keçirilib.
2017-ci ildə ABŞ-nin Beynəlxalq Din Azadlığı Komissiyasının (USCIRF) aprelin 26-da açıqladığı illik hesabatında qeyd olunur ki, il ərzində hökumət müstəqil dini fəaliyyətə repressiyanı artırıb, sünni məscidlərini bağlayıb, dini mağazalarda reydlər keçirib, Yehovanın Şahidləri icmasını və bəzi protestant icmalarını təqib edib. Hesabatda həm də qeyd olunur ki, Azərbaycana beynəlxalq terrorçuluq riski olsa da, hakimiyyət bu təhlükədən dinc dini narazılığın boğulmasında bəhanə kimi yararlanır. 2017-ci ilin yanvarında 18 şiə fəal 10 ildən 20 ilədək həbs cəzasına məhkum edildi. Onlar terrorçuluqda da ittiham olundular. Yerli QHT-lərdən biri ötən ilin dekabrınadək 86 nəfərin dini inancına görə həbsə atıldığını hesablayıb. Bu səbəblərdən USCIRF Azərbaycanı 2013-cü ildən olduğu "ikinci dərəcəli ölkələr" () sırasında saxlayıb.
Hesabatda qeyd edilir ki, bir çox post-Sovet ölkələrində olduğu kimi, Azərbaycanda avtoritarizmin güclənməsi və dünyəvi siyasi müxalifətin sıxışdırılması dini siyasi müxalifətin yaranmasına səbəb olub. Hökumətsə onları terrorizm və digər qanunsuz fəaliyyətə bağlamaqla gözdən salmağa çalışır. Buna misal kimi 2017-ci ilin yanvarında məhkum edilmiş Taleh Bağırov və daha 17 inanclı şəxs göstərilir.
Hesabatda yəhudilərin uzun müddət Azərbaycanda yaşayıb cəmiyyətə inteqrasiya olunduğu, antisemitizmlə üzləşmədiyi də vurğulanır. Bundan başqa, kiçik katolik icması mövcuddur, hökumət onlara kilsə tikməyə pul da ayırıb. Ancaq Qaxda iki gürcü pravoslav icması qeydiyyatdan keçsə də, dini mərasim keçirə bilmirlər. Naxçıvan Muxtar Respublikasında din azadlığına daha sərt məhdudiyyətlərin qoyulduğu bildirilir.
Əlil şəxslərin haqları