Argedas Alsides () — Boliviya nasiri, tarixçi, siyasətçi.

Həyatı

İctimai fəaliyyəti Hüquq təhsili almış, Liberal partiyanın liderlərindən biri olmuşdur. Avropa və Cənubi Amerikanın müxtəlif ölkələrində Kolumbiyanı diplomat kimi təmsil etmişdir. Parlamentə deputat və senator seçilmişdir.

Əsərləri Əsərləri 1903-cü ildən çap olunur. Boliviya ədəbiyyatında realizmin ilk nümayəndələrindəndir. "Kreol həyatı" (1912) romanı ilə tanınmışdır. İrqi ayrı-şeçkiliyə həsr olunmuş "Zəif xalq" (1909) kitabını, "Tunc irq" (1919) romanını yazmışdır. 5 cildlik "Boliviyanın tarixi", "Kaudilyo-barbarlar" (1929) romanları tarixi mövzudadır. "Kölgələrin rəqsi" (1934) xatirələr kitabının müəllifidir.

İstinadlar

Kateqoriya:Boliviya siyasətçiləri Kateqoriya:Boliviya esseistləri