İlanlı, Çaybasar — Qars vilayətinin Qars qəzasında, indi Amasiya rayonunda kənd.PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
Tarixi Rayon mərkəzindən 17 km şimal-şərqdə, Arpaçayın sağ sahilində yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndəİrəvan əyalətinin icmal dəftəri (araşdırma, tərcümə, qeyd və əlavələrin müəllifləri: Z. Bünyatov və H. Məmmədov (Qaramanlı), Bakı, "Elm", 1996. s.130, Qafqazın 5 verstlik xəritəsindəД. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскaго края, изданiя Кавказскaго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s.101 qeyd edilmişdir.
Toponim ilanlı etnonimiƏhmədova E. Azərbaycan etnonimlərinin leksik-semantik və struktur-linqvistik təhlili, NDA, Bakı, 1995. s.15 əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir.
Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 26. IV.1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Çaybasar, Ermənistan prezidentinin 19. IV. 1991-ci il fərmanı ilə yenidən adı dəyişdirilərək Aravet qoyulmuşdur.
Əhalisi Kəndin köklü sakinləri azərbaycanlılar olmuşdur. Erməni mənbələrində kəndin sakinləri kimi qarapapaqlar göstərilir və onlar xalq kimi qeyd edilirerm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831–1931) . Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831–1931) . Автор: Завен Коркотян. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.20. Amasiya rayonunda yaşayan qarapapaqlar azərbaycanlıların bir qrupu olmaqlaASE, III c., B., 1979, s.64 azərbaycanlı xalqını ifadə etmişdir.
Kənddə 1886-cı ildə 137 nəfər, 1897-ci ildə 206 nəfər, 1908-ci ildə 240 nəfər, 1914-cü ildə 276 nəfər yalnız azərbaycanlı yaşamışdırerm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831–1931) . Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831–1931) . Автор: Завен Коркотян. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.20–21, 104–105.
1916–1918-ci illərdə azərbaycanlılar erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra kəndi tərk etmiş azərbaycanlılardan sağ qalanlar ata-baba yurdlarına qayıda bilmişdir. Burada 1922-ci ildə 146 nəfər, 1926-cı ildə 159 nəfər, 1931-ci ildə 201 nəfərerm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831–1931) . Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831–1931) . Автор: Завен Коркотян. Ереван: Издательство "Мелконян фонд", 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: "Melkonyan fond" nəşriyyatı, 1932. s.21, 105, 1970-ci ildə 501 nəfər, 1987-ci ildə 505 nəfərГəдим Огуз eллəpинин — Aғбабa, Шөpəjeл вə Пəмбək бөлҝəларинин jep-jyрд адлары (топонимлəpи). Мүəллифи: Аслан Бajpамов; Елми редактору: Тофиг Əhмəдoв. Сумгajыт: "Göytürk" мəтбəəcи, 1996. s.171 azərbaycanlı yaşamışdır. 1988-ci ilin axırlarında və 1989-cu ilin əvvəllərində Ermənistan dövləti kəndin sakinlərini — azərbaycanlıları tarixi-etnik torpaqlarından deportasiya etmişdir. İndi burada ermənilər yaşayır.
İstinadlar
Kateqoriya:Ağbaba kəndləri Kateqoriya:Qars Kateqoriya:Şirak mərzinin yaşayış məntəqələri