Haçasu - Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indi Karvansaray (İcevan) rayonunda kənd.PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2
Tarixi Rayon mərkəzindən 17 km məsafədə yerləşir.
Toponim «haçalanmağın başlandığı yer> mənasında işlənən haça sözü ilə12, s.359 türk dilində çay mənasında işlənən su sözününРадлов В.В. Опыт словарья тюркских наречий, т.IV, ч.1, СПб, 1911. s.745Мурзаев Э.М. Словарь народных географических терминов, М., «Мысль», 1984. s.528-529 birləşməsindən əmələ gəlmişdir. Əsas çayın bir neçə qola ayrıldığı yerdə salındığı üçün kənd Haçasu adlanmışdır.
Hidrotoponimdir. Quruluşca mürəkkəb toponimdir.
Kəndin adı 1920-ci ildə kalka üsulu ilə dəyişdirilib Açacur (Haçasu) qoyulmuşdur.
Əhalisi
İstinadlar
Kateqoriya:Qaraqoyunlu kəndləri Kateqoriya:Tavuş mərzinin yaşayış məntəqələri