Amasiya rayonu — Ermənistan SSR-də və Ermənistan Respublikasında inzibati ərazi vahidi olmuşdur. Ermənistanın Ağbaba mahalı ərazisində rayon. Rayon mərkəzi Amasiya kəndi olmuşdur.
Tarixi thumb|Ağbaba mahalının xəritəsi 1930-cu il sentyabrın 9-da yaradılıb. Ərazisi 608 kv.km-dir. Rayon mərkəzi Amasiya şəhər tipli qəsəbəsidir. Rayon mərkəzindən İrəvana olan məsafə 148 km-dir. Ağbaba və Şörəyel mahallarının tərkibi kimi indiki Amasiya rayonunun ərazisi də Şərqi Anadoluya aid olub. Sovet hakimiyyəti dövrünə qədər bu ərazidə mövcud olan 40 kənddən cəmi üçünün-Çələb, Bəndivan və İyli Qarakilsə kəndlərinin əhalisi ermənilər olub.
Bölgənin Ermənistana qatılması ilə razılaşmayan Sınıx, Mumuxan, Qonçalı, Ördəkli, Seldağılan, Mustoğlu, Bağçalı və Söyüdlü kəndlərinin əhalisi 1920-ci illərdə köçüb Türkiyəyə gediblər.
1988-ci ilə kimi azərbaycan türklərinin yaşadıqları və həmin il tərk etməyə məcbur olduqları yaşayış yerləri: Oxçuoğlu, Güllübulaq, Çaxmaq, Mağaracıq, Qaraçanta, Daşkörpü, İbiş, Qonçalı, İlanlı, Düzkənd, Qaranamaz, Göllü, Təpəkənd (Təpəköy), Hozukənd, Qarabulaq, Ellərkənd, Bəndivan, Quzeykənd, Alakilsə, Çələb, Qara Məmməd, Güllücə, Balıqlı
Amasiya Rayon Partiya Komitəsinin birinci katibləri Səfər Alməmmədov — 1929–1930 Cəfər Vəlibəyov — 1930–1936 Ələsgər Vəliyev — 1936–1938 Məsim Vəliyev — 1938–1939 Yeğişe Ağacanyan — 1939–1944 Nikol Harutunyan — 1944–1948 Muşek Hayrapetyan — 1948–1950 Marat Qukasyan — 1950–1952 Aleksan Kirakosyan — 1953–1956 Həbib Həsənov — 1956–1960 Hüseyn Məmmədov — 1960–1963 Azad Hovhannisyan — 1963 Levin Yeranosyan — 1963–1964 Harutun Hakopyan — 1964–1969 Məhərrəm Bayramov — 1969–1974 Cahangir Əliyev — 1974–1981 Zərbəli Qurbanov — 1981–1985 İldırım Bağırov — 1985–1988 Qəşəm Həsənov — 1988–1989
Rayon XDS İcraiyyə Komitəsinin sədrləri Hüseyn Salmanov — 1924–1926, İrəvan Musa Hüseynov — 1926–1930, Balıqlı İbrahim Qəribov — 1930–1931, Güllübulaq Mirzə Bəşirov — 1931–1936, Zəngibasar Rza Şeyxzadə — 1936–1939, İrəvan Yaqub Qəribov — 1939–1948, Vedi Əli Məmmədov — 1950–1952, Mehri Abram Qurginyan — 1952–1961 Harutyun Hakopyan — 1961–1963 Levon Bdoyan — 1963–1965 Cahangir Əliyev — 1965–1969, Düzkənd Murat Hakopyan — 1969–1986 Murat Harutyunyan — 1986–1989
Əhalisi
Şəxsiyyətləri Amasiya tarixində azərbaycanlıların xüsusi bir yeri vardır. Teymurləng Amasiyalı alimlərlə etdiyi elmi söhbətdə İlyas Amasinin elmi səviyyəsini təqdir edərək və Şirvanşah I İbrahimin (1382–1417) istəyinə əsaslanaraq, onu Şirvan qazısı kimi Şamaxıya göndərmişdir. Qazı İlyas burada həm müəllimlik edərək elm öyrətmiş, həm də Şirvanşahlar dövlətinin baş qazısı vəzifəsini yerinə yetirmişdir. O, burada Şeyx Sədrəddinə tabe olaraq Xəlvətiyyə təriqətinə bağlanmışdır. Teymurləngin ölümündən sonra Amasiyaya dönən İlyas Amasi, sonralar yenidən Şamaxıya qayıdaraq Şeyxin yanında seyr və sülukunu tamamlayıb, Amasiyaya geri qayıtmış və burada təkyə quraraq irşad fəaliyyətinə davam etmişdir.
Seyid Yəhya Şirvaninin digər ardıcılı Çələbi Xəlifə Amasiyada irşad fəaliyyəti göstərmiş, Sultan II Bəyazidə şahzadə ikən dərs demiş və təsəvvüfi bilikləri öyrətmişdir. Çələbi Xəlifənin müridlərindən olan II Bəyazid, sultan olduqda şeyxini İstanbula dəvət etmiş, ona paytaxtda xanəgahı təsis etmişdir.
XIX əsrdə Azərbaycandan Amasiyaya gələn alimlərdən yenə iki böyük şəxsiyyət var. Onlardan biri Şirvanlı İsmayıl Əfəndi, digəri Qarabağlı Həmzə Nigaridir. Onlarla birlikdə və daha sonra bir çox azərbaycanlı mürid də Amasiyaya gələrək məskunlaşmışdır. 1783-cü ildə Şamaxı xanlığının Kürdəmir kəndində doğulan Şeyx İsmayıl Siracəddin Şirvani təhsilini Şamaxı, Ərzincan, Tokat, Burdur və Bağdad mədrəsələrində tamamlamış, daha sonra vətənə qayıdaraq burada yeddi il elm tədrisi ilə məşğul olmuşdur. Elmin arxasında bir həqiqət dayandığını anlayan İsmayıl Şirvani yenidən yola çıxaraq bir kamil mürşid tapmaq arzusu ilə Bağdada gedir və burada Mövlana Xalid Bağdadiyə bağlanaraq onun müridi olmuşdu. 1817-ci ildə mürşidindən icazənamə alaraq yenidən məmləkəti Kürdəmirə gələn İsmayıl Şirvani, rus üsul-idarəsinin təzyiqi ilə Azərbaycandan çıxarılana qədər buradakı təkyəsində fəaliyyət göstərmişdi. 1826-cı ildə əvvəlcə Axıskaya köçür. Axıskanın ruslar tərəfindən işğalından sonra Anadoluya gedərək Osmanlı dövlətinin himayəsinə girdi. 1841-ci ildə Amasiyaya yerləşən İsmayıl Şirvani vəfatına qədər burada fəaliyyət göstərmişdir. İsmayıl Şirvaninin oğlu Şirvanizadə Mehmet Rüşdi Paşa Osmanlı dövlətinin baş naziri, digər oğlu isə Əhməd Hülusi Əfəndi İstanbul qazısı olmuşdur. İsmayıl Şirvani 1848-ci ildə vəba xəstəliyindən vəfat etmiş və Amasiya yaxınlığında Şamlar qəbiristanlığında dəfn olunmuşdur. 1869-cu ildə daxili işlər naziri olan Şirvanizadə Mehmet Rüşdi Paşa atasının qəbri üzərində türbə və məscid inşa etdirmişdi. Türbənin içərisində Mövlanə İsmayıl Şirvaninin, oğlu Əhməd Hülusi Əfəndinin və kürəkəni Hacı İsa Ruhi Əfəndi Şirvaninin qəbirləri vardır. Türbə kompleksinin divarında asılmış metal lövhədə İsmayıl Şirvaninin tərcümeyi-halı və ayrıca olaraq Mövlanə Xaliddən aldığı icazənamə verilmişdir.
İsmayıl Şirvaninin ədəbi təsəvvüfi şəxsiyyəti və Qarabağ bölgəsində fəaliyyətləri ilə diqqət cəlb edən xəlifəsi Mir Həmzə Nigaridir. O, Qarabağ xanlığının Cicimli kəndində 1805-ci ildə dünyaya gəlmişdir. Gəncliyində elm öyrənmək üçün buradan Sivasa köçərək İsmayıl əfəndinin yanına gəlmişdir. Elmi və təsəvvüfi təhsilini tamamlayaraq Qarabağa qayıtmışdır. Azərbaycanı işğala başlayan ruslara qarşı üsyan hazırlığı edərkən planlarının üstü açıldığına görə, qaçaraq İran üzərindən Ərzuruma getmişdir. Şeyxi İsmayıl Şirvanidən sonra Amasiya və ətrafındakı insanları irşada dəvət etmə vəzifəsini davam etdirmişdir. Vəfatından sonra Amasiyada dəfn olunmuşdur. Mir Həmzə Nigarinin müridlərindən Qazaxlı Şeyx Hacı Mahmud Azərbaycandan toplanan ianələrlə şeyxin qəbri üzərində türbə və məscid tikdirmişdir. 1876-cı ildə tikilməyə başlanmış, 1895-ci ildə başa çatdırılmış "Şirvanlı məscidi" Amasiyada XIX əsrdə barokko üslubunda tikilən tək məscid olması baxımından başqa xüsusiyyət daşıyır. Mir Həmzə əfəndinin türbəsi məscidlə bitişikdir.
Tanınmış şəxsiyyətləri Qərib Məmmədov — akademik, AMEA-nın həqiqi üzvü. Abel Məhərrəmov — AMEA-nın həqiqi üzvü, kimya elmləri doktoru, akademik. Nazim Şəmilov — kimya elmləri doktoru, professor, BDU-nun müəllimi. Əli (Alyoşa) Bayramov — şair, publisist, nasir, folklorşünas. Mehdi Abbasov – Azərbaycanın Milli Qəhrəmanı. Səxavət Məhərrəmov — Azərbaycanın Milli Qəhrəmanı. Yavər Həsənov — Qarabağ müharibəsi şəhidi. Şahmar Əhmədov — Azərbaycanlı hüquqşünas, uzun illər Ermənistan SSR-in Azərbaycanlılar kompakt yaşayan Amasya rayonunda hakim işləmişdir. Akif Əliyev (şəhid) Pərviz Abdullayev — texnika elmləri doktoru, professor. Musa Abbasov — həkim anestezioloq-reanimatoloq, tibb üzrə fəlsəfə doktoru. Şəmsi Qoca — pedaqoq, şair-publisist.
Mənbə Azərbaycan Respublikası prezidentinin 18 dekabr 1997-ci il tarixli "1948–1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi deportasiyası haqqında" fərmanı Azərbaycan Respublikası prezidentinin 26 mart 1998-ci il tarixli "Azərbaycanlıların soyqırımı haqqında" fərmanı Петрушевский И.П., Очерки по истории феодальных отношений в Азербайджане и Армении в XYI – начале XIX в., Ленинград, 1949 Байбуртян В.А., Армянская колония Новой Джульфы в XYII веке, Иряван, 1969 Тер-Мкртчян Л.Х., Армения под властью Надир шаха. Москва, 1963 Езов Г.А., Сношение Петра Великого с Армянским народом, СПб, 1898 Мамедов С.А., Азербайджан по источникам XV – первой половины XVIII вв., Бакы, 1993 Шопен И., #Шопен И., Исторический памятник состояния Армянской области в эпоху его присоединения к Российской империи, СПб 1852 Azərbaycan tarixi üzrə qaynaqlar, Bakı, 1989 Enikolopov İ. K., Qriboedov i Vostok, İrəvan 1954 Qлинка Н.С., Описания переселения армян Aзербайджанских в пределы России, M.1831 Kemal Beydilli, 1828–1829. Osmanlı – Rus savaşında Doğu Anadoludan Rusiyaya Köçürülen Ermeniler, X T. T. K. konqresinde sunulan tebliğ, Ankara,1986 Hovannesiyan R., Armenia on the Road to Independence, Los Angeles, 1976 Обозрение Российских владений за Кавказом в статистическом, этнографическом, топогрфическом и финансовом отношениях, СПб, 1836 Материалы для изучения экономического быта государственных крестьян Закавказского края, Tiflis, 1885 Величко В.Л., Кавказ. Русское дело и междуплеменные вопросы, С.Петербург, 1904 "Армянский геноцид". Миф и реальность. Справочник фактов и документов, Б.1992 Hüsyin Baykara., Azərbaycan istiqlal mücadiləsi tarixi, Bakı, 1992 Cahangir Zeynaloğlu, Müxtəsər Azərbaycan tarixi, Bakı, 1992 Заварян С., Экономические условия Карабаха и голод 1906–1907 г., Перевод с армянского, С.Петербург, 1907 Готлиб В.В., Тайная дипломатия во время первой мировой войны, М.1960 Suleyman Kocabas, Tarihte Turk-Rus Mucadelesi, Istanbul, 1989 Шахдин И., Дашнакцутюн на службе русской белогвардейщины и английского командования на Кавказе, Bakı, 1990 Cəmil Həsənov. Azərbaycan beynəlxalq münasibətlər sistemində, 1918–1920-ci illər, Bakı, 1993 Məmməd Sadıq Aran. "Qardaş köməyi" məqaləsi;1951; Bax: "Ədəbiyyət və incəsənət" qəzeti, 2 oktyabr 1990-cı il. Azərbaycan Respublikası MDSPİHA, f.276, s.8, iş 463, v.23; Bax: Bəxtiyar Nəcəfov, Лицо врага (История Армянского национализма в Закавказье в конце XIX начале XX в.), Bakı, 1993 Грибойедов А., Seçilmiş əsərləri, 2-ci cild, Moskva, 1977.
İstinadlar
Xarici keçidlər Qərbi Azərbaycanın türk mənşəlli toponimləri Vandalizm: tarixi adlara qarşı soyqırımı. Bakı, "Təhsil", 2006, 92 səh. İndiki Ermənistan qədim türk yurdu idi Qərbi Azərbaycan ərazilərində yer adlarının soyqırımı
Həmçinin bax Qərbi Azərbaycan Azərbaycanlıların Qərbi Azərbaycandan deportasiyası Erməni əhalisinin tarixi miqrasiyası
Xarici keçidlər
Kateqoriya:Ağbaba mahalı Kateqoriya:Ermənistan SSR-in rayonları Kateqoriya:Amasiya rayonu Kateqoriya:1930-cu ildə yaranmış dövlətlər və ərazilər