Raziyə Şabani () — cənubi azərbaycanlı siyasətçi və aktivist. Tudə Partiyasının və Azərbaycan Demokrat Firqəsinin üzvü olub. Bəzi tarixçilərə görə İran tarixində olan ilk qadın siyasi məhbusdur.
Həyatı Raziyə Şabani 1925-ci il mayın 30-da Təbriz şəhərində anadan olub. 1941-ci ildə ailəsi ilə birlikdə Tehrana köçüb. Burada 1937-ci ildə həbs olunmuş 53-lərdən biri olan Rza İbrahimzadə ilə ailə qurub. Bu evlilikdən sonra siyasi fəaliyyətə başlayıb. 1941-ci ildə qurulmuş Tudə Partiyasına üzv olub. 200px|thumb|left|Raziyə Şabani və Azərbaycan Demokrat Firqəsinin üzvləri Təbriz, 1945-ci il. 1945-ci ildə həyat yoldaşı ilə birlikdə Təbrizə gəlib və Azərbaycan Demokrat Firqəsinə üzv olub. Azərbaycan Milli Hökuməti qurulduqdan sonra aktiv fəaliyyət göstərib. 1946-cı ilin aprel ayında Təkistanda həbs olunub və bir ay Qəzvində həbsdə saxlanılıb. 1946-cı il dekabrın 13-də ABŞ və Böyük Britaniya tərəfindən dəstəklənən İran ordusu Təbrizə daxil olub. Bir neçə günlük döyüşlərdən sonra Azərbaycan Milli Hökuməti süqut edib.George Lenczowski. "United States' Support for Iran's Independence and Integrity, 1945–1959", Annals of the American Academy of Political and Social Science, Vol. 401, America and the Middle East. (may, 1972), p. 49
Bu dövrdə Tehranda olan Raziyə Şabani bir müddət hökumət qüvvələrindən gizlənməli olub. 1947-ci ilin fevral ayında Pəhləvi rejiminin məmurları tərəfindən həbs olunub. Həbs olunanda hamilə olub. Bir müddət Tehranda saxlanıldıqdan sonra Təbrizə köçürülüb. Hökm oxunduqda isə artıq oğlu dünyaya gəlmişdi. Bəzi tarixçilərə görə Raziyə Şabani İranın ilk qadın siyasi məhbusudur. 6 il həbsdə qaldıqdan sonra azad olunub. Bir müddət ölkədə qaldıqdan sonra 1955-ci ildə SSRİ ərazisinə keçir və burada mühacirətdə olan həyat yoldaşına qovuşur. Tacikistanda yaşadığı dövrdə universitetdə təhsil alıb və fars dili müəllimi olub.
1979-cu ildə baş vermiş İran İslam İnqilabından sonra İrana geri qayıdıb. 8 il orada yaşadıqdan sonra əvvəlcə Azərbaycana daha sonra isə Almaniyaya mühacirət edib. 2001-ci ildə öz xatirələrini yazıb və kitab kimi nəşr etdirib. Qısa zamanda məşhurlaşan kitabı İranda qadağan olunub.
Raziyə Şabani İbrahimzadə 2013-cü il yanvarın 28-də Almaniyanın Köln şəhərində dünyasını dəyişib.
Xatirələri Mühacirətdə yazdığı xatirələrində 1947-ci ildə həbs edilməsi ilə bağlı bunları yazıb:
Həmçinin bax Azərbaycan Demokrat Firqəsi İran Tudə Partiyası
Mənbə
İstinadlar
Ədəbiyyat
Kateqoriya:Aktivistlər Kateqoriya:Almaniya azərbaycanlıları Kateqoriya:Azərbaycan feministləri Kateqoriya:İran azərbaycanlısı feministlər Kateqoriya:Azərbaycan Demokrat Firqəsinin üzvləri Kateqoriya:Tudə partiyasının üzvləri Kateqoriya:İran feministləri Kateqoriya:XX əsr İran siyasətçiləri