Armudlu — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Sərdarabad (Oktemberyan) rayonunda kənd.PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2

Tarixi Böyük Armudlu Böyük Armudlu İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Sərdarabad (Oktemberyan) rayonunda kənd.

Toponim armud sözünə -lu şəkilçisinin artırılması ilə əmələ gəlib «armud olan yer» mənasını bildirir. Toponim əvvəlindəki «böyük» sözü fərqləndirici əlamət bildirir. Fitotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Erm. SSR AS RH-nin 4.IV.1946-cı il fərmanı ilə adı dəyişdirilib Tandzut (Armudlu) qoyulmuşdur.

Kiçik Armudlu Kiçik Armudlu İrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Sərdarabad (Oktemberyan) rayonunda kənd. Rayon mərkəzindən 6 km cənubda yerləşirdi. Qafqazın 5 verstlik xəritəsindəД. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскaго края, изданiя Кавказскaго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s.19 qeyd edilmişdir.

Erməni mənbəyində göstərilir ki, kəndin qədim, ilkin adı Türk (tatar) Armutlusu (Armtlu türk (tatar) olmuşdurerm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) . Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931) . Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.62.

1930-cu ildə rayondakı Böyük Armudlu kəndi ilə birləşdirilmişdir.

Toponim armud bitki adına mənsubluq bildirən -lu şəkilçisinin qoşulması ilə əmələ gəlmişdir. «Kiçik» sözü fərqləndirici əlamət bildirir, fitotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Əhalisi Böyük Armudlu Burada ermənilərdən başqa 1831-ci ildə 129 nəfərШопен И., Исторический памятник состояния Армянской области в эпоху ея присоединения к Российской империи , СПб, Типография императорский Академии Наук, 1852. s.579-580, 1922-ci ildə 52 nəfərerm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) . Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931) . Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.138-139 azərbaycanlı yaşamışdır.

1930 - cu ildə azərbaycanlılar kənddən çıxarılmışdır. İndi ermənilər yaşayır.

Kiçik Armudlu Kənddə 1831-ci ildə 72 nəfər, 1873 - cü ildə 178 nəfər, 1886-cı ildə 218 nəfər, 1897-ci ildə 289 nəfər, 1904 - cü ildə 309 nəfər, 1914 - cü ildə 327 nəfər, 1916-cı ildə 225 nəfər yalnız azərbaycanlı yaşamışdırerm. Խորհրդային Հայաստանի բնակչությունը վերջին հարյուրամյակում (1831-1931) . Հեղինակ: Զավեն Կորկոտյան. Յերեվան: Մելքոնյան ֆոնդի հրատ, 1932.; rus. Население Советской Армении за последние сто лет (1831-1931) . Автор: Завен Коркотян. Ереван: Издательство «Мелконян фонд», 1932.; azərb. Son yüzildə Sovet Ermənistanının əhalisi (1831–1931). Müəllif: Zaven Korkotyan. İrəvan: «Melkonyan fond» nəşriyyatı, 1932. s.62-63, 138-139.

1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq sakinləri tarixi-etnik torpaqlarından qırğınlarla deportasiya olunmuşdur və kəndə Türkiyənin Bayazid və Alaşkerd vilayətlərindən köçürülən ermənilər yerləşdirilmişdir.

İstinadlar

Kateqoriya:Sərdarabad kəndləri Kateqoriya:Armavir mərzinin yaşayış məntəqələri