Bəzirxana — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Ağin (Ani) rayonunda kənd.PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-21590-cı ildən mə'lumdur Rayon mərkəzindən 11 km məsafədə, Arpaçayın yaxınlığında, Qırxbulaq kanalının yanında yerləşir.

Toponimi Toponim burada əkilən zəyərək bitkisindən çəkilən bitki yağı "bəzir" sözünəГəдим Огуз eллəpинин — Aғбабa, Шөpəjeл вə Пəмбək бөлҝəларинин jep-jyрд адлары (топонимлəpи). Мүəллифи: Аслан Бajpамов; Елми редактору: Тофиг Əhмəдoв. Сумгajыт: "Göytürk" мəтбəəcи, 1996. s.159 xana sözünün qoşulmasından əmələ gəlmişdir. Fitotoponimdir. Quruluşca mürəkkəb toponimdir. 1924-cü ildə adı dəyişdirilib Dzitankov qoyulmuşdur. Azərbaycan dilində keçmişdə zəyərək bitkisindən alınan və çiraqda yandırılan yağa bəzir deyilirdi. Bu yağ kətan yağı da adlanırdı. Bəzirxana "bəzir yağı istehsal olunan yer" mə'nasındadır. Məsələn, 1727-ci ilə aid mənbədə Sisyan nahiyəsinin Dulus, Pirnaqut, Dəstəgird və b. kəndlərində bəzirxanaların olduğu qeyd olunmuşdur Azərbaycanda Qax rayonunda Vəzirçal dağının, Tərtərçayın sol qolu Bəzirxana çayının, XIX əsrdə Tiflis quberniyasının Axalsix qəzasında Bəzirxana kəndinin adları ilə eynidir.

Əhalisi 1878-ci ildə Azərbaycan türklərindən ibarət əhalisi qovulmuş və Türkiyədən gəlmə ermənilər yerləşdirilmişdir

İstinadlar

Kateqoriya:Şörəyel kəndləri Kateqoriya:Şirak mərzinin yaşayış məntəqələri