Basarkeçər rayonu (1969-cu ildən Vardenis rayonu) — Göyçə mahalı ərazisində rayon. Mərkəzi Basarkeçər (Vardenis) şəhəridir.
Tarixi
300px|thumb|right|Qafqaz regionunun baş xəritəsi, Basarkeçər 1858-ci il
Basarkeçər rayonu 1930-cu il sentyabrın 9-da yaradılıb. 1969-cu il iyunun 11-nə kimi Basarkeçər, həmin tarixdən sonra isə Vardenis rayonu adlandırılıb. Ərazisi 1151 km²-dir. Rayon mərkəzi Basarkeçər (dəyişdirilmiş adı Vardenis) rayonudur. Rayon mərkəzindən İrəvan şəhərinə olan məsafə 168 km-dir.
Rayon ərazisində irili-xırdalı çoxlu dağ zirvələri və Göyçə gölünə tökülən çaylar vardır. Onlardan ən böyüyü Məzrə (dəyişdirilmş adı Masrik) çayıdır. Çaxırlı yaylası da bu rayon ərazisindədir.
1948–1951-ci illərdə rayon əhalisinin bir qismi Azərbaycan SSR-in ərazisinə köçürülmüşdür. Təkcə Zod kəndindən 100 ailə Xanlar (indiki Göygöl rayonu) rayonunda məskunlaşdırılmışdır. Bu vaxt Basarkeçərin 37 kəndində 30-u azərbaycanlı, 5-i erməni, 2-si isə qarışıq kəndlər idi.
Basarkeçər rayonu həmçinin Azərbaycanın məşhur el sənətkarı Aşıq Ələsgərin vətənidir. Aşığın məzarı və büstü onun doğma kəndi Ağkilsədə idi. Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi zamanı şəhidlik zirvəsini fəth etmiş fateh Mehman Sayadov da burada doğulub.
28 noyabr 1988-ci il tarixdə daşnak terror qrupları Basarkeçər rayonunun Çaxırlı, Qanlı, Kərkibaş, Şişqaya, Zod kəndlərinə basqınlar edirlər. Nəqliyyat vasitəsi olmayan imkansız, əliyalın əhalidən 34 nəfər döyülərək işgəncə ilə qətlə yetirilmişlər. Sağ qalanlar Gədəbəyə, Kəlbəcərə adlamaq üçün Sarınər, Urumbasar gədiklərindən aşmalı olurlar. Qarda-çovğunda borana düşən qaçqınlardan 12 nəfər donvurmadan tələf olurƏlisahib Əroğul. "Erməni-daşnaq faşizmi və Azərbaycan" (bədii publisistika). Bakı, "Təhsil", 2007-ci il..
Basarkeçər rayonunun kəndləri Daşkənd, Nərimanlı, Ağkilsə, Pəmbək, Qızılvəng, Şişqaya, Zod, Qanlı, Yuxarı Zağalı, Sətənağac, Kəsəmən, Göysu, Dərə, Subatan, Sarıyaqub, Çaxırlı, Zərkənd, Canəhməd, Yarpızlı, Böyük Məzrə, Kiçik Məzrə, Böyük Qaraqoyunlu, Kiçik Qaraqoyunlu, Qoşabulaq, İnəkdağı, Babacan, Kərkibaş, Qayabaşı, Qaraiman, Ağyoxuş, Yuxarı Şorca, Aşağı Şorca, Qırxbulaq, Gödəkbulaq, Tüskülü, Qamışlı, Aşağı Zağalı
1988-ci ilə kimi azərbaycanlıların yaşadıqları və həmin il tərk etməyə məcbur olduqları yaşayış məntəqələri: Böyük Qaraqoyunlu, Hüseynquluağalı, Aşağı Şorca, Yuxarı Şorca, Daşkənd, Sarıyaqub, Qayabaşı, Qoşabulaq, Zərkənd, Ağkilsə, Zod, Babacan, Pəmbək, Dərə, Şişqaya, Göysu, Kiçik Məzrə, Oğruca, Kəsəmən, İnəkdağı, Qanlı, Kərkibaş, Subatan, Sultanəliqışlaq, Ağyoxuş, Sətənəxaç, Yuxarı Zağalı, Çaxırlı, Tüskülü, Böyük Məzrə, Qızılvəng, Torfavan.
Basarkeçərdə Serj Sarqsyanla görüş 2013-cü il fevralın 13-də Vardenisdə (Basarkeçər) Ermənistan prezidenti, prezidentliyə namizəd Serj Sarqsyanın tərəfdarları ilə görüş zamanı ahıl bir kişi azərbaycanca misal çəkib. Kağız üzərinə yazılanı birtəhər oxuyub, başa çatdırdıqdan sonra deyib: "İndi yazdığımı bir yana qoyub, ürək sözlərimi deyim" və ürək sözlərini azərbaycanca deyib. Prezident Sarqsyan da bunu yumor ilə qarşılayıb: "Deyəsən, müəyyən zamanların həsrətini çəkirsiniz, hə?". Kişi ürək sözlərini ermənicəyə çevirmək istəyəndə Sarqsyan buna ehtiyac olmadığını bildirib: "Lazım deyil, tərcümə etmək lazım deyil. Yəqin unudubsunuz ki, mən də bilirəm".*Basarkeçərdə erməni Ermənistan prezidentinə "ürək sözlərini" azərbaycanca deyib (BBC azərbaycanca, 14.02.2013)
Basarkeçər rayonu üzrə dəyişdirilmiş tarixi yer adları Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin müxtəlif dövrlərdə fərmanları ilə Basarkeçər rayonu üzrə dəyişdirilmiş tarixi yer adları:
Qədim türk adı İndiki adı Dəyişdirilmə tarixiAğkilsəAzat03.01.1975ZərzibilZarkand03.01.1935Böyük QaraqoyunluƏzizli03.01.1935QırxbulaqAkunk03.01.1935SətənəxacGüney03.01.1935Nərimanlı (Basarkeçər)Şatvan19.04.1991SultanəliqışlaqCanəhməd…OğrucaQaraiman…QızılvəngÇiçəkli24.07.1940GödəkbulaqKarçaxpyur12.08.1946Aşağı ZağalıTsovak12.08.1946QanlıQamışlı12.08.1946BasarkeçərVardenis11.06.1969Basarkeçər rayonuVardenis rayonu11.06.1969KərkibaşŞəfəq25.05.1967YarpızlıLçavan25.05.1967BabacanQızılkənd25.01.1978İnəkdağYenikənd25.01.1978Yuxarı ZağalıAxbradzor25.01.1978KəsəmənBahar25.01.1978TüskülüLusakunk25.01.1978ÇaxırlıSovetakert25.01.1978ÇiçəkliMakenis25.01.1978
Həmçinin bax Azərbaycanlıların Qərbi Azərbaycandan deportasiyası
Mənbələr Azərbaycan Respublikası prezidentinin 18 dekabr 1997-ci il tarixli "1948–1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi deportasiyası haqqında" fərmanı Azərbaycan Respublikası prezidentinin 26 mart 1998-ci il tarixli "Azərbaycanlıların soyqırımı haqqında" fərmanı Петрушевский И.П., Очерки по истории феодальных отношений в Азербайджане и Армении в XVI — начале XIX в., Ленинград, 1949 Байбуртян В.А., Армянская колония Новой Джульфы в XVII веке, Иряван, 1969 Тер-Мкртчян Л.Х., Армения под властью Надир шаха. Москва, 1963 Езов Г.А., Сношение Петра Великого с Армянским народом, СПб, 1898 Мамедов С.А., Азербайджан по источникам XV — первой половины XVIII вв., Бакы, 1993 Шопен И., #Шопен И., Исторический памятник состояния Армянской области в эпоху его присоединения к Российской империи, СПб 1852 Azərbaycan tarixi üzrə qaynaqlar, Bakı, 1989 Enikolopov İ.K., Qriboyedov i Vostok, İrəvan 1954 Глинка Н.С., Описания переселения армян Aзербайджанских в пределы России, M.1831 Kemal Beydilli, 1828–1829. Osmanlı — Rus savaşında Doğu Anadoludan Rusiyaya Köçürülen Ermeniler, X T.T.K. konqresinde sunulan tebliğ, Ankara,1986 Hovannesiyan R., Armenia on the Road to Independence, Los Angeles, 1976 Обозрение Российских владений за Кавказом в статистическом, этнографическом, топогрфическом и финансовом отношениях, СПб, 1836 Материалы для изучения экономического быта государственных крестьян Закавказского края, Tiflis, 1885 Величко В.Л., Кавказ. Русское дело и междуплеменные вопросы, С.Петербург, 1904 "Армянский геноцид". Миф и реальность. Справочник фактов и документов, Б.1992 Hüsyin Baykara., Azərbaycan istiqlal mücadiləsi tarixi, Bakı, 1992 Cahangir Zeynaloğlu, Müxtəsər Azərbaycan tarixi, Bakı, 1992 Заварян С., Экономические условия Карабаха и голод 1906–1907 г., Перевод с армянского, С.Петербург, 1907 Готлиб В.В., Тайная дипломатия во время первой мировой войны, М.1960 Suleyman Kocabas, Tarihte Turk-Rus Mucadelesi, Istanbul, 1989 Шахдин И., Дашнакцутюн на службе русской белогвардейщины и английского командования на Кавказе, Bakı, 1990 Kalvalı Həsənov. And yerimiz. " Əbilov,Zeynalov və oğulları " , Bakı, 2001, 352 səh. Cəmil Həsənov. Azərbaycan beynəlxalq münasibətlər sistemində, 1918–1920-ci illər, Bakı, 1993 Məmməd Sadıq Aran. "Qardaş köməyi" məqaləsi;1951; Bax: "Ədəbiyyət və incəsənət" qəzeti, 2 oktyabr 1990-cı il. Azərbaycan Respublikası MDSPİHA, f.276, s.8, iş 463, v.23; Bax: Bəxtiyar Nəcəfov, Лицо врага (История Армянского национализма в Закавказье в конце XIX начале XX в.), Bakı, 1993 Грибоедов А., Seçilmiş əsərləri, 2-ci cild, Moskva, 1977.
Xarici keçidlər Qərbi Azərbaycan: azərbaycanlılara qarşı genosid demoqrafik statistika güzgüsündə Qərbi Azərbaycanın türk mənşəlli toponimləri Vandalizm: tarixi adlara qarşı soyqırımı. Bakı, "Təhsil", 2006, 92 səh. İndiki Ermənistan qədim türk yurdu idi Qərbi Azərbaycan ərazilərində yer adlarının soyqırımı
Həmçinin bax Qərbi Azərbaycan Azərbaycanlıların Qərbi Azərbaycandan deportasiyası Erməni əhalisinin tarixi miqrasiyası
İstinadlar
Kateqoriya:Göyçə mahalı Kateqoriya:Ermənistan SSR-in rayonları