Tan Çjunyi (; ) — Çin şahmatçısı, qadınlar arasında beynəlxalq qrosmeyster (2009), şahmat üzrə qadınlar arasında keçmiş dünya çempionu.
Şahmat karyerası 2000 və 2001-ci illərdə İspaniyanın Oropesa-del-Mar şəhərində keçirilmiş 10 yaşadək qızlar arasında dünya çempionatında qızıl medal qazanıb. 2002-ci ildə Yunanıstanın İraklion şəhərində keçirilmiş 12 yaşadək qızlar arasında dünya çempionatında birinci olub.
2008-ci ilin avqust-sentyabr aylarında Rusiyanın Nalçik şəhərində keçirilmiş Şahmat üzrə qadınlararası dünya çempionatının ikinci raundunda İsveç təmsilçisi Pia Kramlinqə 0.5–1.5 hesabı ilə məğlub olub.
2011-ci ildə Çinin Şençjen şəhərində keçirilmiş Yay Universiadasında qızıl medal qazanıb. 2012-ci ildə Portuqaliyanın Gimaraynş şəhərində keçirilmiş tələbələr arasında şahmat üzrə dünya çempionatında qalib olub.World University Chess Championship 2012 — Women Chess-Results 2013-cü ildə Çinin Usi şəhərində keçirilimiş 3-cü "China Women Masters" turnirində 9 oyundan 6.5 xal toplayaraq birinci olmuşdur. 2014-cü ildə Birləşmiş Ərəb Əmirliklərinin Şarja şəhərində keçirilmiş qadınlar arasında blits üzrə Asiya çempionatında qızıl medal qazanıb.
2015-ci ilin may ayında Çinin Sinxua şəhərində keçirilmiş Çin Şahmat Çempionatında rəqiblərini üstələyərək ölkə çempionu olub. Növbəti ayda Çinin Sişan şəhərində keçirilmiş 5-ci "China Women Masters" turnirində iştirak edib və 9 oyundan 7 xal toplayaraq birinci olub.5th China(Xishan)Chess Women Masters Tournament Chess-Results 2015-ci ilin avqustunda Birləşmiş Ərəb Əmirliklərinin Əl-Əyn şəhərində keçirilmiş sürətli şahmat (rapid) üzrə Asiya çempionatında qızıl medal qazanıb. Tan Çjunyi 1 dekabr 2015-ci ildə Çinin TayçjouThe First China Chess Queen Match. Tournament details . FIDE. şəhərində nokaut sistemi əsasında keçirilmiş 1-ci "Çin şahmat kraliçası" turnirinin final görüşündə Ju Venjuna qalib gələrək çempion olmuşdur.
2016-cı ildə Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilmiş 42-ci Ümumdünya Şahmat Olimpiadasında dördüncü lövhədə hamıdan çox xal toplamaqla fərdi göstəricilərinə görə qızıl medal qazandı.
2017-ci ildə İranın paytaxtı Tehran şəhərində keçirilmiş şahmat üzrə qadınlar arasında dünya çempionatında qızıl medal qazanıb. O, finalda Ukrayna şahmatçısı Anna Muzıçuka qalib gəlib. Həlledici görüşdə 4 partiyada hesab bərabər olub — 2:2. Tan Çjunyi rəqibini tay-breykdə 1,5:0,5 hesabı ilə üstələyib.
O, şahmat tacı uğrunda 2018-ci ilin may ayında baş tutmuş qarşılaşmada həmyerlisi Tszyuy Ventszyuna 10 partiyadan ibarət matçda 4,5:5,5 hesabı ilə məğlub olaraq dünya çempionu titulunu qoruya bilməyib.
Çin şahmat liqası Tan Çjunyi Çin şahmat liqasında (ÇŞL) "China Mobile Group Chongqing Company Ltd" şahmat klubunda oynayır.
İstinadlar
Xarici keçidlər
FIDE Chess profili Tan Zhongyi. Chess-DB.com Tan Zhongyi . Chessgames.com Tan Zhongyi. 365Chess.com
Kateqoriya:Şahmat qrosmeysterləri Kateqoriya:Çin şahmatçıları Kateqoriya:Çində doğulanlar Kateqoriya:Qadınlar arasında şahmat üzrə dünya çempionları Kateqoriya:Şahmat Olimpiadalarının iştirakçıları Kateqoriya:Qadın şahmat qrosmeysterləri Kateqoriya:2022 Asiya Oyunları medalçıları