Molla Musa — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Düzkənd (Axuryan) rayonunda kənd.PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2

Tarixi Rayon mərkəzindən 12 km cənubda, Gümrü şəhərindən 5 km qərbdə, Arpaçayın sağ sahilində yerləşir. 1937-ci ilə kimi Leninakan rayonunun tabeliyində olmuşdur.

Toponim Molla Musa şəxs adı əsasında formalaşmışdır. Antropotoponimdir. Quruluşca sadə toponimdir.

Kəndin adı 1920-ci ildə dəyişdirilib Musakan qoyulmuşdur. Bir daha Erm. SSR AS RH-nin 26. IV. 1946-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Voskeask adlandırılmışdır.

Əhalisi Kənddə 1886-cı ildə 462 nəfər, 1897-ci ildə 591 nəfər, 1904 - cü ildə 671 nəfər, 1914 - cü ildə 762 nəfər yalnız azərbaycanlılar yaşamışdırКоркотян З. Население Советской Армении за последние сто лет (1831–1931) . Ереван: Издательство «Мелконян фонд», 1932, с. 42-43, 122-123.

Azərbaycanlılar qarapapaqlar adı ilə verilirКоркотян З. Население Советской Армении за последние сто лет (1831–1931). Ереван: Издательство «Мелконян фонд», 1932, с. 122-123.

1918-ci ildə azərbaycanlılar soyqırımına məruz qalaraq deportasiya olunmuş, xaricdən (Türkiyədən) köçürülən ermənilər burada yerləşdirilmişdir. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan kənd sakinləri öz evlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 16 nəfər azərbaycanlı yaşamışdır.

1923-1924 - cü illərdə azərbaycanlılar kənddən çıxarılmışdır. İndi ermənilər yaşayır.

İstinadlar

Kateqoriya:Şörəyel kəndləri Kateqoriya:Şirak mərzinin yaşayış məntəqələri