Rudi Van Dantsiq () — Niderland balet artisti, xoreoqraf.

Həyatı Rəqs dərslərini S. Qaskelldən almışdır. 1952–59-cu illərdə onun "Balleri saytl" truppasında (1954-cü ildən Niderland baleti, Amsterdam) işləmişdir. 1959-cu ildə Niderland rəqs teatrının (Haaqa) yaradılmasında iştirak etmişdir. 1960-cı ildə Qaskellin truppasına qayıtmışdır; 1961-ci il də truppa Niderland Milli Baleti adını almışdır (1967–94-cü illərdə Dantsiq teatrın bədii rəhbəri, 1971–91-ci illərdə direktoru olmuşdur). "Balle Ramber" və Kral baletində (Böyük Britaniya); "Xarkness balle" və "Amerikan Balle Tietr"də (ABŞ), Paris operasında, Danimarka Kral Baletində, "Bat-Dor" (İsrail) və s. truppalardada tamaşalar hazırlamışdır.

Fəaliyyəti Xoreoqraf öz tamaşalarında klassik leksika ilə modern rəqsi, o cümlədən M. Qrehemin texnikasından istifadə etməklə birləşdirmişdir Tamaşaları: B. Bartokun musiqisi əsasın da "Ailə dairəsi" (1958), "Ölmüş gəncə heykəl" (1965, xoreoqrafa dünya şöhrəti gətirmişdir), Y. Burmanın musiqisi əsasında "Zamanın buxovları" (1970, xüsusi olaraq R. X. Nuriyev üçün) "Son dörd nəğmə" (R. Ştrausun musiqisinə, 1977), S. Barberin musiqisinə "Payız dumanı" (1984). H. Berliozun musiqisinə "Vətəndaşlar, silahsız" (1987), G. Kançelinin musiqisi əsasında "Mələklər göyləri amansızlıqla qırmızı edirlər" (1990) və s. Dantsiqin "İtkin düşmüş əsgərin xatirəsinə" (1991) kitabı 1992-ci ildə ekranlaşdırılmışdır.Dantsiq// Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). — VI cild. Bakı, 2009. — Səh.: 321.

İstinadlar

Xarici keçidlər Rudi van Dantsiq teatr Rudi vam Dantsiqin həyatı

Kateqoriya:Balet artistləri Kateqoriya:Limfomadan ölənlər Kateqoriya:Niderland yazıçıları