Skeletons () - azərbaycanlı müğənni DiHaj tərəfindən ifa edilmiş mahnı. Müğənni bu mahnı ilə, Azərbaycanı Ukraynanın paytaxtı Kiyev şəhərində keçirilən 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. 11 mart 2017-ci ildə təqdim edilən mahnı, 15 mart 2017-ci ildə rəqəmsal yükləməyə çıxarılmışdır. Mahnı, 2011-ci ildə Azərbaycana qələbə gətirmiş Running Scared mahnısının da müəllifləri olan İsa Məlikov və Sandra Byurman tərəfindən yazılmışdır.
Avroviziya Mahnı Müsabiqəsində DiHajın Azərbaycanı 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil edəcəyi 5 dekabr 2016-cı ildə təsdiqlənmişdir. 11 mart 2017-ci ildə DiHajın ifa etdiyi "Skeletons" mahnısının musiqi videosu təqdim edilmişdir. Müsabiqənin finalında Diana "Skeletons" mahnısı ilə 26 ölkə təmsilçisinin mübarizə apardığı şouda 120 xal toplayaraq, 14-cü yerdə qərarlaşmışdır.
Kompozisiyaların siyahısı
Çıxarılma tarixi Region Tarix Format Leybl Worldwide 15 Mart 2017 Dijital yükləmə CAP-Sound
İstinadlar
Kateqoriya:2017-ci ilin mahnıları Kateqoriya:2017 Avroviziya Mahnı Müsabiqəsinin mahnıları Kateqoriya:Azərbaycanın Avroviziya mahnıları Kateqoriya:İngilis dilində mahnılar Kateqoriya:2017-ci ilin sinqlları