Qovşud — Yelizavetpol quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonunda kənd.PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2Пагирев Д.Д. Алфавитный указатель к пятиверстной карте Кавказа. Тифлис, 1913.
Tarixi Kəndin başqa adları Qovşuq, Qovşutlu olmuşdurКоркотян З. Население Советской Армении за последние сто лет (1831–1931) . Ереван: Издательство «Мелконян фонд», 1932, с. 56. Rayon mərkəzində 17 km şimalşərqdə, Kığı və Oxçu çaylarının qovuşduğu Zeyvə qalasının yaxınlığında yerləşir. Toponim qovşud etnonimi231, s.71-72 əsasında əmələ gəlmişdir. Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Kavçut qoyulmuşdur.
Toponimi Etnotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan prezidentinin 19.IV.1991-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Kavçut qoyulmuşdur.1988-ci ildə əhalisi Azərbaycana qovulmuşdur. Türkmənistanda Qovşut, Qovşutbənd, Qovşutyap, Qovşuxanqala S.Ataniyazov. Türkmеnistanın qеoqrafik atlarının düşİndirişli sözlüqi, s.104-105, Azərbaycanda Qovşutlu (başqa adı Hüsеynbəyli) (Cəbrayıl r-nu) kənd adları göstərir ki, Qovşut tayfa adıdır.
Əhalisi Kənddə 1897-ci ildə 163 nəfər, 1914 - cü ildə 320 nəfər azərbaycanlı yaşamışdırКоркотян З. Население Советской Армении за последние сто лет (1831–1931). Ереван: Издательство «Мелконян фонд», 1932, с. 56-57, 134-135. 1918-ci ildə azərbaycanlılar erməni soyqırımına məruz qalaraq deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet quruluşu qurulandan sonra sağ qalan azərbaycanlılar öz doğma evlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 108 nəfər, 1926-cı ildə 109 nəfər, 1931-ci ildə 123 nəfərКоркотян З. Население Советской Армении за последние сто лет (1831–1931). Ереван: Издательство «Мелконян фонд», 1932, с. 57, 135, 1939 - cu ildə 208 nəfər, 1987-ci ildə 200 nəfərƏsədov S. C. Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası . Bakı: "Gənclik" nəşriyyatı, 1995, s. 140 azərbaycanlı yaşamışdır. 1988-ci ildə kəndin sakinləri Ermənistan dövləti tərəfindən deportasiya edilmişdir. İndi burada ermənilər yaşayır.
İstinadlar
Kateqoriya:Zəngəzur kəndləri