Bazarçay — Sisyan rayonunda kənd.PDF versiyası. // Qərbi Azərbaycanın türk mənşəli toponimləri. Müəllifi: İ. M. Bayramov; Redaktorları: B. Ə. Budaqov, H. İ. Mirzəyev, S. A. Məmmədov. Bakı: "Elm" nəşriyyatı, 2002, 696 səh. ISBN 5-8066-1452-2

Tarixi Rayon mərkəzindən 24 km şimal-şərqdə, Bazarçayın yuxarı axarında, düzənlikdə yerləşir. Qafqazın 5 verstlik xəritəsindəД. Д. Пагиревь. Алфавитный указатель кь пятиверстной картѣ Кавказскаго края, изданiя Кавказскаго Военно–Топографическaго Отдѣла. Записки Кавказскаго отдѣла Императорскаго Русскаго Географическаго общества. Книжка XXX. Тифлись: Типографія К. П. Козловскаго, 1913. s.28 qeyd edilmişdir.

Toponim bazar türk tayfasının adı iləГейбуллаев Г.А. Топонимия Азербайджана (историкоэтнографическое исследование), Баку, "Элм", 1986. s.61 çay sözünün birləşməsindən əmələ gəlib. Etnotoponimdir. Quruluşca mürəkkəb toponimdir.

Əhalisi Kənddə 1886-cı ildə 469 nəfər, 1897-ci ildə 631 nəfər, 1908-ci ildə 635 nəfər azərbaycanlı yaşamışdırКоркотян З. Население Советской Армении за последние сто лет (1831–1931) . Ереван: Издательство "Мелконян фонд", 1932, с. 76–77, 146–147.

1918-ci ildən sonra xaricdən köçürülən ermənilər bu kənddə yerləşdirilərək azərbaycanlılar deportasiya olunmuşdur. 1926-cı ildə burada ermənilərdən başqa 3 nəfər azərbaycanlı da yaşamışdırКоркотян З. Население Советской Армении за последние сто лет (1831–1931). Ереван: Издательство "Мелконян фонд", 1932, с. 77.

1929-cu ildə onlar da qovulmuşdur. İndi yalnız ermənilər yaşayır.

İstinadlar

Kateqoriya:Zəngəzur kəndləri