Azərbaycan–Zimbabve münasibətləri — Azərbaycan Respublikası ilə Zimbabve Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr.

Diplomatik əlaqələr İki ölkə arasında diplomatik əlaqələr 2008-cı ildə qurulmuşdurAzərbaycan - Zimbabve münasibətləri . mfa.gov.az, 02.08.2013 . Həmin ilin 24 oktyabr tarixində Azərbaycan Respublikası ilə Zimbabve Respublikası arasında diplomatik əlaqələrin yaradılması haqqında Protokol imzalanmışdır.

Yüksək səviyyəli qarşılıqlı səfərlər Nazirlər səviyyəsində səfərlər Zimbabve Respublikasının xarici işlər naziri Simbaraşe Mumbengegvinin başçılıq etdiyi nümayəndə heyəti 2014-cü ilin aprel ayında Azərbaycanda səfərdə olmuşNazir Elmar Məmmədyarov Zimbabve Respublikasının xarici işlər naziri ilə görüşmüşdür. mfa.gov.az, 10.04.2014 , 10 aprel tarixində Prezident İlham Əliyev onu qəbul etmişdirİlham Əliyev Zimbabvenin xarici işlər nazirini qəbul etmişdir . president.az, 10.04.2014 .

Prezident səviyyəsində səfər thumb|200px|Prezidentlərin görüşü, 19 yanvar 2019-cu il, Bakı. 2019-cu ilin yanvar ayının 18-də Zimbabve Respublikasının Prezidenti Emmerson Mnanqaqva Azərbaycana işgüzar səfərə gəlmişdirZimbabvenin Prezidenti Emmerson Mnanqaqva Azərbaycana işgüzar səfərə gəlib . azertag.az, 18.01.2019. Bu Zimbabve başçısının Azərbaycana ilk səfəridir. 19 yanvar tarixində onun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşü olmuşdurAzərbaycan və Zimbabve prezidentlərinin görüşü olub . president.az, 19.01.2019. Zimbabve Prezidentinin Azərbaycana işgüzar səfəri yanvarın 19-da başa çatmışdırZimbabve Prezidentinin Azərbaycana işgüzar səfəri başa çatıb . azertag.az, 19.01.2019.

İdman sahəsində əməkdaşlıq 2 sentyabr 2016-cı ildə "Baku Crystal Hall"da keçirilmiş 42-ci Ümumdünya Şahmat Olimpiadasında Zimbabve komandası da iştirak etmiş; Olimpiadanın birinci turunda Prezident İlham Əliyev Azərbaycanın kişilərdən ibarət birinci komandasının üzvü Şəhriyar Məmmədyarov ilə Zimbabve şahmatçısı Rodvel Makoto arasındakı partiyada ilk gedişi (D2-D4) etmişdirİlham Əliyev 42-ci Ümumdünya Şahmat Olimpiadasının birinci turunun açılışında iştirak edib . president.az, 02.09.2016 .

İstinadlar