Aspyr Media, Inc. – baş qərərgahı Ostin, Texasda yerləşən ABŞ videooyun nəşrçisi. 1996-ci ildə qurulan şirkət videooyunların, Microsoft Windows-dan MacOS və Linux-a daşınmasında ixtisaslaşıb.

Aspyr'ın loqosu altında, daşınan məşhur seriyalar arasında Call Of Duty, Sivilizasiya, Ulduz Müharibələri, The Sims 2 və Borderlands iştirak edir. 2003-cü ildə Aspyr, Mac Əyləncə Bazarı'nın 60 faizinə sahib oldu. MacOS və Linux'dan, Aspyr, Game Boy Advance, Nintendo DS, Xbox, Xbox 360, PlayStation 2, IOS, Android və Windows Mobile'a da videooyun daşıyıb. Aspyr, videooyunlarının daşınmasından əlavə, Wideload Games'in 2005-ci ildə satışa çıxarılan Stubbs The Zombie in Rebel Without a Pulse adlı oyunu ilə məşhur hala gələn nəşriyyat xidmətləri də təqdim edir.

Aspyr, 2014-ci ilin İyun ayında, Linux üçün, Sivilizasiya V'in daşınmasını satışa çıxardı.

Aspyr, ayrıca bir çox albomlar və sənədli filmlər istehsal etdi və payladı. 2015-ci ildə Aspyr, Quantic Dream tərəfindən hazırlana Fahrenheit: İndigo Prophecy'ni, həm hazırladı, həm də nəşr etdi, bu onların daşınma sahəsinin xaricindəki təkmilləşdirilən ilk oyunu edir.

Daşıdığı Oyunları Borderlands 2 (Linux) Call of Duty Call of Duty: United Offensive Call of Duty 2 Call of Duty 4: Modern Warfare Call of Duty: Black Ops Civilization V (Linux'a) Civilization lV The Sims Fahrenheit - Indigo Prophecy Remastered (həm Linux'a, həm də IOS'a) Harri Potter 1 və 2 Qorxunun Qatları (Linux'a) Ov Qəzəb Ulduz Müharibələri Ulduz Müharibələri: Güc Salındı Köhnə Respublikanın Cəngavərləri ll: Sit Lordları (Linux'a) Tomb Raider 1-dən 6-ya qədər Top Spin 2

Distribütorlar Aplikasiya Sistemləri Heidelberq (Almaniya) Softline Distribütor (Böyük Britaniya) Apacabar (Fransa) Silene.it (İtaliya)

Həmçinin bax Battlefield 1942 Harri Potter Ulduz Müharibələri Call Of Duty

Xarici keçidlər Şirkətin şəxsi saytı (İngilis dilində)  MobyGames'də Aspyr (İngilis dilində)

İstinadlar

Kateqoriya:1996-cı ildə yarananlar Kateqoriya:ABŞ şirkətləri Kateqoriya:Linux Kateqoriya:Videooyun istehsalı şirkətləri Kateqoriya:Videooyun şirkətləri Kateqoriya:Videooyun yayımı şirkətləri Kateqoriya:Aspyr oyunları Kateqoriya:ABŞ videooyun şirkətləri