Adil Nəsib oğlu Bağırov () — filologiya üzrə elmlər doktoru, dosent, AMEA-nın müxbir üzvü (2014).

Həyatı Adil Bağırov 28 iyul 1947-ci ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Nursu kəndində anadan olub. Ali təhsilini 1965-ci ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində alıb.

Əmək fəaliyyəti Adil Bağırov əmək fəaliyyətinə 1966-cı ildə başlayıb. 1966–1973-cü illərdə Naxçıvan MR Şahbuz rayon Mahmudoba kənd səkkizillik, 38 №-li Culfa şəhəri və 39 №-li Naxçıvan şəhəri dəmiryol məktəblərində Azərbaycan dili və ədəbiyyat müəllimi olaraq işləyib. Naxçıvan Müəllimləri Təkmilləşdirmə İnstitutunda kabinet müdiri olmuşdur. Naxçıvan MR Xalq Təhsili Nazirliyində məktəb inspektoru, daha sonra Naxçıvan Özəl Universitetində Azərbaycan dilçiliyi kafedrasının müdiri olmuşdur. Adil Bağırov 2007-ci ildən Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunda Onomastika şöbəsinin müdiri vəzifəsini icra edib.

Elmi fəaliyyəti Adil Bağırov 1981-ci ildə "Türk dillərində yarımçıq feillər (Oğuz qrupu türk dillərinin materialları əsasında)" mövzusunda namizədlik, 2005-ci ildə "Naxçıvan Muxtar Respublikası onomastik vahidlərinin tarixi-linqvistik təhlili (toponimlər və hidronimlər)" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 2010-cu ildə dosent elmi adını alıb. Adil Bağırov 2014-cü ildə AMEA-nın müxbir üzvü seçilib.

Adil Bağırov 6 monoqrafiyanın, 5 kitabın, 2 dərs vəsaiti, 2 tədris proqramı və 120-dən çox elmi məqalənin müəllifidir.

Elmi əsərləri

Ölümü Adil Bağırov 21 aprel 2016-cı ildə vəfat edib.

İstinadlar

Xarici keçidlər Dilçi alim vəfat etdi. Ömürlərə paylanmış ömür. AMEA-nın müxbir üzvü vəfat etdi. Naxçıvanın urbanonimləri.

Kateqoriya:AMEA-nın müxbir üzvləri Kateqoriya:Azərbaycan filoloqları Kateqoriya:Azərbaycanlı filoloqlar Kateqoriya:Azərbaycan dilçiləri Kateqoriya:Azərbaycanlı dilçilər Kateqoriya:Azərbaycan türkoloqları Kateqoriya:Azərbaycanlı türkoloqlar