Slovakiya Milli Bankı () və ya qısaca NBS — Slovakiya Respublikasının mərkəzi bankı; hansı ki, bu ölkə Avropa İttifaqının və Avropa Mərkəzi Banklar Sisteminin üzvüdür. Bankın əsas mərkəzi Bratislava şəhərində yerləşir. Rəhbəri Yozef Makuxdur. Slovak korunasının banknot və metal pullarının yeganə istehsalçısı olmuşdur. Hökumətin pul və kredit siyasətindən məsuldur.

Tarixi Slovakiya Milli Bankının əsası 1 yanvar 1993-cü ildə qoyulmuşdur. Həmin vaxt Çexoslovakiya Dövlət Bankı 2 yerə ayrılmışdır ki, onlardan biri Çex Milli Bankı, digəri isə Slovakiya Milli Bankı idi.

1 yanvar 2009-cu ildən Avrosistemə üzvdür.

Fəaliyyəti 9 regional filialı var və Slovakiyadakı bütün banklardan üstündür. Slovakiya hökuməti tərəfindən səlahiyyətləndirilən bu Bank, Slovakiyanı beynəlxalq maliyyə təşkilatlarında təmsil edir və pul siyasəti ilə bağlı beynəlxalq pul bazarı əməliyyatlarında iştirak edir. thumb|Kremnitsa sikkə və medal muzeyi Bankın Kremnitsada sikkə və medal muzeyi var. Slovakiya ən qədim muzeylərindən biri olan həmin muzey 1890-cı ildə yaradılıb və 1994-cü ildən Slovakiya Milli Bankına aiddir.

Rəhbərləri Bankın hazırkı rəhbəri olan Yozef Makux bu vəzifəni 12 yanvar 2010-cu ildən daşıyırJozef Makúch Národná banka Slovenska. Slovakiya Milli Bankının bütün rəhbərləri aşağıdakılar olmuşdur: Vladimir Mazar (29 iyul 1993 – 28 iyul 1999) Marian Yusko (29 iyul 1999 – 31 dekabr 2004) İvan Şramko (1 yanvar 2005 – 11 yanvar 2010) Yozef Makux (12 yanvar 2010-cu ildən)

Binası Slovakiya Milli Bankının baş ofis binasının açılışı 23 may 2002-ci ildə Bratislavada olmuşdur. 111,6 metr hündürlüyü olan bina 33 mərtəbədən ibarətdir. Bu hazırda Bratislavanın ən hündür binasıdır.

Həmçinin bax Slovakiya iqtisadiyyatı

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Slovakiya bankları Kateqoriya:Mərkəzi banklar Kateqoriya:1 yanvarda yarananlar Kateqoriya:1993-cü ildə yarananlar Kateqoriya:Avropa Mərkəzi Banklar Sistemi Kateqoriya:Slovakiya şirkətləri