Tağı Allahyar oğlu Alıkişiyev () — mühasib, kolxoz sədri. Ali Sovetin deputatı.

Həyatı 1928-ci ildə kəndli ailəsində anadan olmuşdur, azərbaycanlıdır, 1961-ci ildən Sov. İKP üzvüdür, ali təhsili var – Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirmişdir.

Əmək fəaliyyətinə 1943-cü ildə kolxozçuluqdan başlamış, mühasib işləmiş, sonra isə Sovet ordusunds xidmət etmişdir. 1954-cü ildən Mirbəşir rayonundakı "Şəfəq" kolxozunda mühasib olmuşdur, 1964-cü ildən isə həmin kolxozun sədridir.

Azərbaycan SSR Ali Soveti xarici işlər komissiyasının üzvüdür.

Doqquzuncu çağırış Azərbaycan SSR Ali Sovetinə deputat seçilmişdir (Mirbəşir seçki dairəsi).

İstinadlar

Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin IX çağırış deputatları Kateqoriya:kolxoz sədrləri Kateqoriya:Mühasiblər