Armais Əmiroviç Aslanov (; ) — erməni əsilli Azərbaycan-sovet dövlət xadimi.
Həyatı 1923-cü ildə fəhlə ailəsində anadan olmuşdur, ermənidir, 1945-ci ildən Sov.İKP üzvüdür, ali təhsili var – Sov.İKP MK yanında Ali Partiya Məktəbi bitirmişdir.
1941-ci ildən Sovet Ordusunda xidmət etmişdir, Böyük Vətən müharibəsinin iştirakçısıdır, 1946-cı ildən rayon komsomol komitəsinin şöbə müdiri, birinci katibi, Azərbaycan KP Orconikidze RK-nın şöbə müdiri, katibi, ikinci katibi olmuşdur. 1959-cu ildən Azərbaycan KP MK partiya orqanları şöbəsinin məsul təşkilatçısı, Bakı Məhəlli Sovxoz İstehsalat İdarəsinin partiya təşkilatçısı, Azərbaycan KP MK-nın ispektoru vəzifələrində işləmiş. 1967-ci ildən Bakı Ali Partiya Məktəbində rəhbər partiya və sovet kadrların hazırlığını artırma kurslarının müdiri olmuşdur. 1974-cü ildən Dağlıq Qarabağ Muxtar Vilayəti Zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin sədridir.
Azərbaycan SSR Ali Soveti Rəyasət Heyəti sədrinin müavinidir.
Azərbaycan KP MK üzvüdür.
Doqquzuncu çağırış Azərbaycan SSR Ali Sovetinə deputat seçilmişdir (Mardakert seçki dairəsi).
1992-ci ildə vəfat edib.
Mənbə
Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin IX çağırış deputatları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin X çağırış deputatları Kateqoriya:DQMV Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədrləri Kateqoriya:Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin üzvləri Kateqoriya:Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvləri Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin XI çağırış deputatları