Qazaxıstan Milli Pedaqoji Universiteti () — Qazaxıstan ərazisində fəaliyyət göstərən aparıcı ali təhsil müəssisələrindən biri. Universitet 1934-ci ildə təşkil edilmişdir.

Tarixi 1934-cü ildə Qazaxıstan dağ-metallurgiya institutu olaraq təşkil edilmişdir. 1960-cı ildə isə Qazaxıstan Politexnik İnstitutu olaraq adlandırılmışdır. 1970-ci ildə isə ona Vladimir İliç Leninin adı verilir.

1994-cü ilin yanvarında V. İ. Lenin adına Qazaxıstan Politexnik İnstitutu adı Qazaxıstan Milli Texniki Universiteti olaraq adlandırılır. Qazaxıstan üçün lazımlı kadrların hazırlanmasında xidmətlərinə görə Qazaxıstan Respublikası rəhbərliyi tərəfindən 22 sentyabr 1999-cu ildə Qazaxıstan Milli Texniki Universitetinə Kanış İmantaeviç Satparvin adı verilmişdir.

İnstitutları Tədris aşağıdakı institutlarda aparılır: K. Turısov adına neftqaz institutu O. Baykonurov adına dağ-metallurgiya institutu T. Basen adına arxitektura və tikinti institutu Əl-Maşani adına təhsil bazası institutu Yüksək texnologiya və davamlə inkişaf institutu İnformasiya və telekomunikasiya texnologiyaları institutu A. Burkitbaev adına iqtisadiyyat mühəndisliyi institutu İqtisadiyyat və biznes institutu Hərbi iş institutu Məsafədən təhsil institutu “Excellence PolyTech” Rektorları Müxtəlif illərdə universitetin rektorları: 1934—1937 Burkitbauev Aşir Canalaeviç 1937—1939 Bazarbaev Serikbay Bazarbaeviç 1939—1942 Koktev Andrey İvanoviç 1942—1946 Bruk İzrail Yakovleviç 1946—1952 Qrişin Mixail Karpoviç 1952—1962 Omirxan Aymaqambetoviç Baykonurov 1962—1968 Esirkeqenov Qavdslyam Muxammedoviç 1968—1976 Omar Aşim Kurambayeviç 1976—1985 Aşimov Abdıqapbar Aşimoviç 1985—1992 Rakişev Bayan Rakişeviç 1992—1999 Şayxuddinov Erenqayıp Malikoviç 2000—2001 Nusipov Erqali Pusipoviç 2001—2008 Sulev Docım Kasımoviç 2008—2015 Adilov Jeksenbek Makeeviç 2015- Beysenbetov İskander Kalıbekoviç

Tanınmış müəllimləri Ayzik Volfoviç Tonkonoqiy (22.02.1910 - 28.03.1991) - texnika elmləri doktoru (1967), professor (1968). Yevgeni Qavriloviç Çerkasov (13.12.1902 - 24.03.1994) - texnika elmləri namizəti, dosent.

Tanınmış tələbə və məzunları Evney Arstanoviç Buketov, texnika elmləri doktoru, professor, tərcüməçi, ədəbi tənqitçi, 1950-ci il məzunu. Aksar Alimaeviç Alimaev, Böyük Vətən müharibəsi iştirakçısı, Karaqanda kömür hövzəsi veteranı, 19 saylı şaxtanın direktoru (1954- 1968). 1939-cu il məzunu. Axmetcan Salimbaev, Böyük Vətən müharibəsi iştirakçısı, Qazaxıstan grologiya naziri (1965-1967) və nazir müavini (1967-1969), Nikolay Daniloviç Markelov, Böyük Vətən müharibəsi iştirakçısı, hərbi qulluqçu, Sovet İttifaqı həhrəmanı. Mənbə https://satbayev.university/ http://www.portal.kazntu.kz http://conference.kazntu.kz http://e-lib.kazntu.kz/ http://lms.kazntu.kz http://talapker.kazntu.kz/ http://vestnik.kazntu.kz/ http://history.kazntu.kz/ http://minerals.kazntu.kz/ http://campus.kazntu.kz/ http://ras.kazntu.kz/

İstinadlar

Kateqoriya:Qazaxıstan universitetləri Kateqoriya:Almatı Kateqoriya:"Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilən təşkilatlar Kateqoriya:Vladimir İliç Leninin şərəfinə adlandırılmış obyektlər