Arnold Böklin (; ) – İsveçrə boyakarı. Düsseldorfda, Cenevrədə rəssamlıq akademiyalarında oxumuşdur. 1850–1857 illərdə İtaliyada işləmiş, neoidealizm istiqamətində əsərlər yaradan alman romalıları dərnəyinin üzvü olmuşdur. Tarixçi Burkhardtla dostluq etmişdir. Tarixi-mifoloji reminissensiyalar ilə zəngin peyzaj Böklin rəsmlərində daimi fon və çox vaxt yaradıcılığının əsas mövzusu olmuşdur . Böklin əsərlərində antik allahların obrazları əhəmiyyətli yer tutur.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Florensiya rəssamları Kateqoriya:Ar-nevü rəssamları Kateqoriya:1911-ci ilin Britannica Ensiklopediyasına istinad edilən Vikipediya məqalələri