Səlimə Rüstəm qızı Rüstəmova () — maarif xadimi, müəllimə, Azərbaycan SSR Ali Sovetinin deputatı.
Həyatı Səlimə Rüstəm qızı Rüstəmova 1923-cü ildə Ağdam rayonunun Xıdırlı kəndində anadan olmuşdur. İlk təhsilini Xıdırlı kənd məktəbində almışdır. O, 1938–1940 illərdə Ağdam pedaqoji məktəbdə oxumuş, 1948–1950 illərdə Ağdam Dövlət Müəllimlər İnstitutunda təhsil almışdır.
Səlimə Rüstəmova 1940-cı ildən pedaqoji fəaliyyətlə məşğul olmuşdur. O, Ağdam şəhər 1 nömrəli orta məktəbdə, Ağdam şəhər 8 nömrəli orta məktəbdə ibtidai sinifdən dərs demişdir.
Səlimə Rüstəmova 1948-ci ilin yanvar ayında Ağdam şəhər zəhmətkeş deputatları Sovetinə deputat seçilmişdir. O, 1951-ci ildə Boyəhmədli seçki dairəsindən Azərbaycan SSR Ali Sovetinə deputat seçilmişdir.
Səlimə Rüstəmova 16 avqust 1998-ci ildə Bakıda vəfat etmişdir.
Ailəsi Atası — Rüstəm Qulu oğlu Rüstəmzadə (1906–1943) Azərbaycan Respublikası Kommunist Partiyası Mərkəzi Komitəsində, Füzuli rayon Partiya Komitəsində məsul vəzifələrdə çalışmış və 1941–1943 illərdə Ağdam rayon Partiya Komitəsinin ikinci katibi işləmişdir.
Anası — Gülxar Əliyeva-Rüstəmzadə (1908–16.03.1986) ötən əsrin əvvəllərində "Əbilov adına klub"da təşkil edilən "Savad kursu"nda təhsil almışdır. Ağdam şəhər uşaq bağçasının müdirəsi işləmiş, dövlət ticarət sahəsində çalışmışdır.
Bacıları — Saimə xanım, Qənirə xanım
Qardaşları — Sabir Rüstəmov, Akif Rüstəmov
Həyat yoldaşı — Hüseyn Hüseynov uzun illər Ağdam rayon maliyyə şöbəsinin müdiri işləmişdir.
Övladları — Kamilə, Yaşar, Fəxrəddin
Mənbə Orxan Zakiroğlu (Baharlı). Ağdam şəhər 1 nömrəli orta məktəbin tarixi (1883–1993). I kitab. Bakı, 2016 Orxan Zakiroğlu (Baharlı). Ağdamda təhsil (1883–1993). I kitab. Bakı, 2018
Həmçinin bax Akif Rüstəmov Xıdırlı kəndi
Kateqoriya:Ağdamda doğulanlar Kateqoriya:Bakıda vəfat edənlər Kateqoriya:Pedaqoqlar Kateqoriya:Azərbaycan pedaqoqları Kateqoriya:Azərbaycanlı pedaqoqlar Kateqoriya:Azərbaycan maarifçiləri Kateqoriya:Azərbaycanlı maarifçilər Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin III çağırış deputatları Kateqoriya:Azərbaycan Kommunist Partiyası rayon komitələrinin ikinci katibləri