Rafiq Rəsulov () — Bakının məşhur gitaraçılarından biri (əsl adı Rafaeldir).
Vaxtilə, 60-cı illərin ortalarından başlayaraq Xalq Təsərrüfatı İnstitutunun "Xürrəmilər" qrupunun solisti olmuşdur. Bakıda müxtəlif illərdə keçirilən "Qızıl payız-69", AZİ-1970, ADU-51, "Qızıl payız-71" və bir çox başqa mahnı və rok müsabiqələrində iştirak etmişdir. Rafiq Rəsulov sonuncu dəfə səhnədə Eldar Mansurovun "Bəhramnamə" layihəsində solo gitaraçı kimi çıxış edib.
Gitarada mahir ifasına görə musiqiçilər arasında onu "Hendrix" deyə çağırırdılar. 2016-cı il sentyabrın 20-də 67 yaşında vəfat etmişdir.
Kateqoriya:Azərbaycan gitaraçıları