Spartak Zlatibor Voda FK () və ya Spartak Subotiça FK (), —  Serbiyanın ən üst səviyyəli futbol liqası olan Serbiya Super Liqasında iştirak edən bir futbol klubu.

Tarixi 1945-ci ildə qurulan Spartak Subotiça FK, Voyvodina FK-dan sonra Serbiyanın şimalındakı ən müvəffəqiyyətli futbol klubu olmuşdurKlub Tarixi , www.fkspartakzlatiborvoda.com. 2013-cü ilin Sentyabr ayının 25-də alındı.. İlk müharibə sonrası futbol çempionatına 1946-1947 illər arasında Yuqoslaviya Birinci Liqasında qatılmış və bundan sonra həmişa birinci və ikinci milli liqalar arasında oynamışdır. Klubun ən böyük müvəffəqiyyəti, 1993-1994 illəri arasında Yuqoslaviya FR Kuboku finalında Partizan Belqrad FK-a qarşı (1-6 məğlub) oynadığında əldə edilmişdir.

1945-ci ilə qədər fəaliyyətdə olan JAK Subotiça FK-nun dağılmasından sonra, yeni qurulan iki klubda (Radniki ya da Qraqilanski) oynamaq istəməyən oyunçular, Spartak Subotiça FK-u qurdular. Yeni qurulan futbol klubunu, əfsanəvi bir Subotiça atleti və İkinci Dünya müharibəsi komandiri olan Yovan Mikiçin ləqəbi (Spartak) ilə adlandırıldı. Klub ilk illərində çox fəal olaraq, Subotiça futbol ənənəsini davam etdirirdi. Klubun bir çox oyunçusu daha sonra ölkənin və ya dünyanın ən böyük futbol klublarında oynamağa başladılar. Bəziləri isə milli komandada oynamağa başladı.GradSubotica.co.rs . 2013-cü ilin Aprel ayının 27-də alındı.

Azarkeşlər Spartak Subotiça FK-nun azarkeşləri özlərini Marinci adlandırırılar"TIFO NAJAVA: Pazar na Čika Dači, Delije pune sever (section about the Spartak - Vojvodina derby)" . Sportski žurnal (). 2013cü ilin Yanvar ayının 25-də alındı.. Bu söz Azərbaycan dilində dənizçi deməkdir. Bu ləqəb 1989-cu ilin əvvəllərində yaranmışdır.

Stadion Subotiça Şəhər Stadionu (Spartak FK . srpskistadioni.in.rs-da.), Serbiyanın Subotiça şəhərində yerləşən və çox istifadə edilən bir stadiondur. Hələ də əksəriyyətlə futbol matçları üçün istifadə edilməkdədir. Stadion 1945-ci ildən bəri futbol klubunun əsas stadionudur. Stadionun tamaşaçı tutumu 13 mindir. Stadionun bir futbol meydançası və atletik yarışlara uyğun cığırı var. Stadionun iki yan meydançası da mövcuddur. thumb|232x232px|Subotiça Şəhər Stadionu

Spartak Avropada

Mitropa Kuboku Mitropa Kuboku, klubun qatıldığı ilk böyük beynəlxalq futbol kuboklarından biri idi. MövsümMüsabiqəRaundÖlkəKlubHesabMövqeyi1987Mitropa KubokuYarı-FinalAskoli FK1-2Askoli Piseno, İtaliya3-cü/4-cü yerVasas FK0-2Porto Sant Elpidiyo, İtaliya

UEFA 1 sezonda UEFA Avropa Liqası üçün uyğun görülmüşdür. MövsümMüsabiqəTurÖlkəKlubEvSəfərÜmumi2010/2011UEFA Avropa Liqası2-ci Təsnifat MərhələsiDifferdanj 03 FK2-03-35-33-cü Təsnifat MərhələsiDnepr Dnepropetrovsk FK2-10-22-3

Uğurları Yuqoslaviya İkinci Liqası (4) 1952, 1971–1972, 1985–1986 (Qərb), 1987–1988 (Qərb) Yuqoslaviya Kuboku: İkincilik Mükafatı (2): 1961-1962, 1993–1994

Komanda Heyəti

Xarici Oyunçular Emil Abaz Savo Paviçeviç   Milan Puroviç

Xarici Keçidlər Rəsmi saytı (Serb dilində) Göy Dənizçilər Azarkeş saytı Klub profili və komanda heyəti Srbijafudbal-da Klub tarixi Sportski savez Subotice-də (Serb dilində) Spartak Statistikası  Utakmica.rs-da

İstinadlar

Kateqoriya:Serbiya futbol klubları