() — aləminin tipinin sinfinin dəstəsinin fəsiləsinin cinsinə aid heyvan növü.

Statusu Nadirdir.

Kateqoriyası (EN). Təhlükə həddindədir.

Qısa təsviri Qaratoyuqdan iridir (150-250 q). Üst tərəfi qəhvəyi-qonur, başı açıq zolaqlı qara, qarın tərəfi ağdır. Döşünün yanlarında və qarın nahiyəsində naxışlar köndələndir. Sükan lələklərinin ağ xalları kənardan mərkəzi cütə tərəf azalır. Bədənin yanlarında naxışlar köndələn V hərfinə (>) və mötərizə işarəsinə oxşayır Mustafayev Q.T., Sadıqova N.A. Azərbaycanın quşları. Bakı “Çaşıoğlu”, 2005, s. 196;.

Yayılması Reproduktiv arealı Avropa və Asiyanın meşə zonasını, qismən də dağ tundranı əhatə edir. Qışlamaq üçün Cənub-Şərqi Asiya və Avstraliyaya qədər miqrasiya edir. Əsas qışlaq yeri Afrikadır Mustafayev Q.T., Sadıqova N.A. Azərbaycanın quşları. Bakı “Çaşıoğlu”, 2005, s. 196;. Azərbaycanda miqrant populyasiyası qeyd edilib – apreldə və sentyabrda Mustafayev Q.T., Sadıqova N.A. Azərbaycanın quşları. Bakı “Çaşıoğlu”, 2005, s. 196;.

Yaşayış yeri və həyat tərzi Rütubətli çəmənlikdə, seyrək meşə və kolluqda məskunlaşır. Suya yaxın yerləri xoşlayır. Gecə və alatoranlıq vaxtda fəal olur. Cücü və bitki yeyir.

Məhdudlaşdırıcı amillər Azalmasının əsas səbəbi bataqlıqların qurudulmasıdır Рябицев В.К. Птицы Урала, Приамурья и Западной Сибири. Екатринбург, Уральск. Университет, 2002, 605 с..

Əhali üçün əhəmiyyəti Elmi və estetik əhəmiyyəti var.

Qorunması üçün qəbul edilmiş tədbirlər Ramsar, Bern, Bonn konvensiyalarına, Beynəlxalq Təbiəti Mühafizə İttifaqının Qırmızı Siyahısına və AEWA sazişinə daxil edilib.

Qorunması üçün məsləhət görülmüş tədbirlər Azərbaycanın "Qırmızı Kitab"ına daxil etmək, əhaliyə tanıtmaq, miqrant populyasiyasının ovlanması hallarını ləğv etmək məsləhətdir.

İstinadlar

Həmçinin bax

Kateqoriya:1787-ci ildə təsvir edilən quşlar Kateqoriya:Türkiyə quşları Kateqoriya:İran quşları Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Avrasiya quşları Kateqoriya:Afrika quşları Kateqoriya:25–29 ID olan Taksonbar Kateqoriya:Con Latam tərəfindən adlandırılmış taksonlar