Xudiyev Kamil Cəlil oğlu (23 avqust 1933 il, Xankəndi,Dağlıq Qarabağ Azərbaycan SSR,SSRİ) - azərbaycanlı dövlət xadimi,əməkdar mühəndis,sabiq Azərbaycan SSR Kənd Tikinti nazirinin müavini.
Həyatı Kamil Xudiyev 1933-cü il 23-avqustda Dağlıq Qarabağın Xankəndi şəhərində anadan olmuşdur.1941-1951-ci illərdə Xankəndindəki "Nizami adına 4 nömrəli orta məktəb"də oxumuş.1951-1956-cı illərdə Azərbaycan Politexnik İnstitutunda oxumuş.1956-cı ildə inşaatçı-mühəndis diplomunu almışdır.4 iyul 1956-cı ildən -14 sentyabr 1959-cu ilə qədər Xankəndi Kommunal Təsərrüfatı idarəsində baş mühəndis işləmiş.15 sentyabr 1959-cu ildən Tikinti Nazirliyinin öz tabeçiliyində olan "Azsantexquraşdırma" trestinin Xankəndində yeni yaradlmış santexquraşdırma idarəsinə müdir təyin olunmuş .1964-cü ildə SSRİ Xüsusi Tikinti Nazirliyi Kirovabad (Gəncə) şəhərində,Rostov şəhərində yerləşən "Rossantexquraşdırma" trestinin Kirovabad (Gəncə) Quraşdırma idarəsini yaratmış.1 iyul 1964-1may 1966-cı ilə qədər Kirovabad(Gəncə) Quraşdırma idarəsində müdir işləmişdir.1may1966 cı ildən -17yanvar1967cı ilə qədər " Azsantexmontaj"da trest müdrünün müavini. 17 yanvar 1967 ci ildən – 1oktyabr 1975 ci ilə qədər trest "Azsantexmontaj" da Bakı Quraşdırma İdarəsinin müdiri.1 oktyabr 1975 ci ildən -28 mart 1980-ci ilə qədər Azərbaycan Kənd Tikinti Nazirliyinin "Azquraşdırmakəndtikinti" trestinə müdir təyin olunub. 28 mart 1980-ci ildən –27 iyun 1984 –cü ilə qədər Azərbaycan Kənd Tikinti Nazirliyində nazir müavini vəzifəsində işləmişdir. 27 iyun1984-cü ildən-13iyun 1996-cı ilə qədər "Azəraqrartikiti" Dövlət Şirkətinin "Aqroixtisasquraşdırmatikinti"trestinin müdiri işləyib.
Azərbaycan Respublikası Ağsaqqallar Şurasının üzvü,Nərimanov rayon Ağsaqqallar Şurası sədrinin 1-ci müavini olmuşdur.7-may 2012-ci ildə vəfat etmişdir
Fəxri adları və mükafatları Azərbaycan SSR Dağlıq Qarabağ Muxtar Vilayəti, Stepanakert(Xankəndi ) şəhər sovetinin deputatı 1957-1959 cu illər. Azərbaycan SSR Dağlıq Qarabağ Muxtar Vilayət sovetinin deputatı 1959-1961 ci illər. Azərbaycan SSR Dağlıq Qarabağ Muxtar Vilayəti,Stepanakert (Xankəndi ) şəhər sovetinin deputatı 1961-1963 cü illər. Azərbaycan SSR Dağlıq Qarabağ Muxtar Vilayəti ,Stepanakert (Xankəndi ) şəhər sovetinin deputatı 1963-1965 cı illər. Azərbaycanın SSR "Əməkdar mühəndisi " adına 26 iyun 1974 cü ildə layiq görülüb. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif olunmuşdur 23avqust 1983 cü il. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə "Tərəqqi" medalı ilə 18 oktyabr 2011 ci ildə təltif olunub.
Həmçinin bax Cəlil Xudiyev Kamil Xudiyevin atasıdır.
İstinadlar