Hadisələr 19 fevral - Paraqvayda hərbi çevriliş nəticəsində mülki tpiumviratın devrilməsi və hakimiyyətə ordu komandanı Mariano Roke Alonsonun gəlməsi. 4 mart - ABŞ prezidenti vəzifəsinə 9-cu prezidenti general Vilyam Henri Harrisonun gəlməsi. 4 aprel - ABŞ-nin yeni prezidenti general Vilyam Henri Harrisonun sətəlcəmdən vəfat etməsi və vitse-prezident Con Taylerin ABŞ-nin 10-cu prezidenti kimi and içməsi. 11 iyun - General Xose Migel Velasko Frankonun Boliviya prezidenti vəzifəsini tərk etməsi. 25 noyabr - Birinci ingilis-əfqan müharibəsinin gedişində Kabul çayı üzərindəki körpüdə ingilis komandanlığı ilə Dost Məhəmmədin oğlu Əkbər xanın başçılığı ilə üsyançılar arasında danışığların başlanması. İngilis eskadrasının İran körfəzinə daxil olaraq Xərək adasını ələ keçirməsi. oktyabr - İngiltərə ilə İran arasında ticarət müqaviləsinin imzalanması. 1 yanvar - Çar I Nikolayın imzaladığı inzibati islahat qanununa (10.04.1840) əsasən, Cənubi Qafqaz paytaxtı Tiflis olmaqla Gürcüstan-İmeretiya quberniyasına və paytaxtı Şamaxı olmaqla Kaspi (Xəzər) vilayətinə bolünməsi. 25 aprel - Qazax, Şəmşəddil və Borçalı nahiyələrində yaşayan ağaların torpaq sahibliyindən və həmin torpaqları becərən kəndlilər üzərindəki hüquqlarından məhrum edilməsi barədə qanun qəbul olunması. 28 may - Xəzər vilayəti bəylərinin torpaq sahibliyindən və həmin torpaqları becərən kəndlilər üzərindəki hüquqlarından məhrum edilməsi barədə qanun qəbul olunması. Abbasqulu ağa Bakıxanovun "Gülüstani-İrəm" əsərini yazması.
Doğumlar Fransanın siyasi və dövlət xadimi Corc Klemanso
Ölümlər Rus şairi Mixail Yuryeviç Lermontov.