() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir – EN A2c. Azərbaycanın nadir növüdür.
Qısa morfoloji təsviri Çoxillik, soğanaqlı ot bitkisidir. Soğanaq yumurtavaridir. Gövdə 5-15 sm hündürlükdədir. Yarpaqlar xətvari və ya dar-xətvari, 7-8 mm enində, 2 ədəddir, çiçək oxundan uzundur. Çiçək qrupu 1-4 (6) çiçəkli, salxımlıdır. Çiçəkyanlığının kənarları ağ və ya ağımtıl-mavi, 4-5 mm uzunluğundadır. Tac 2 dəfə çiçəkyanlığından qısadır, oyuqlu, ikidişcikli kənarlıdır.
Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri Çiçəkləmə və meyvə əmələgəlmə mart-may aylarına təsadüf edir. Kserofit, işıqsevən, duzlaşmaya davamlıdır. Soğanaqla çoxalır. Yuxarı dağ qurşağında müxtəlif otlu qruplaşmalar əmələ gətirir.
Yayılması Diabarda (Qarabağ-yurdu dağında və Orand kəndində).
Sayı və tendensiyası Populyasiyalarının sayı azalı, yaşama ərazsis məhdudlaşır, azalma tendensiyası müşahidə olunur.
Məhdudlaşdırıcı amillər Antropogen amillər (dekorativ bitki kimi yığılması, otların biçilməsi, mal-qara tərəfindən tapdalanması).
Mühafizə tədbirləri Çox az sahələrdə yayıldığından xüsusi mühafizə tədbirləri görülməlidir. Yasaqlıqlar təşkil edilməli, bərpasının təmin edilməsi, yeni yayılma yerlərinin axtarılması təklif olunur.
Sinonimləri Adamsia scilloides (Adams) Willd. Puschkinia hyacinthoides Baker. Puschkinia libanotica Zucc. Puschkinia scilloides var. libanotica (Zucc.) Boiss. Puschkinia sicula Van Houtte.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Dekorativ bağ bitkiləri Kateqoriya:Qərbi Asiya florası