() — aləminin tipinin sinfinin dəstəsinin fəsiləsinin cinsinə aid heyvan növü.

Qısa təsviri Qanadları açılmış halda 35–38 mm-dir. Ön qanadlar açıq-sarıdır, azacıq çəhrayı rəngə çalır. Qanadın əsasından ortasına qədər pazşəkilli qara çizgi uzanır. Yumru və böyrəkşəkilli naxışlar aydın görsənir. Arxa qanadları ağdır. Ön və arxa qanadların kənarları qara rəngdə haşiyələnmişdir.

Yayılması və sayı Kiçik Asiyada, Azərbaycanda yalnız Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun 1800–2000 m hündürlükdə yerləşən Kükü kəndindən sentyabrın 15-də toplanmışdır. Azsaylıdır, cəmi 3 kəpənəyi işıq vasitəsi ilə tutulmuşdur.

Yaşayış yeri və həyat tərzi Daşlı yamaclar və seyrək kolluqlarda yaşayır. Həyat tərzi haqqında məlumat yoxdur. Kəpənəyi avqustun axırlarında və sentyabrda uçur.

Məhdudlaşdırıcı amillər Yaşadığı biotopların əkin üçün istifadə olunması, həvəskar kolleksiyaçılar tərəfindən toplanması və yoluxması məhdudlaşdırıcı amillərdəndir.

Qorunması üçün məsləhət görülən tədbirlər Yaşadığı ərazidə yasaqlıq təşkil etmək lazımdır. Kəpənəyin biologiyası öyrənilməlidir.

İstinadlar

Həmçinin bax