Nikolay Andreyev () – rus fiziki, Rusiyada akustikanın banisi.
Fəaliyyəti SSRİ EA akademiki (1953). Sosialist Əməyi Qəhrəmanı (1970). Moskva Ali Texniki məktəbində, Moskva və Höttingen Universitetlərin də oxumuş, Bazel Universitetini bitirmişdir (1909). 1940-cı ildən SSRİ EA Fizika İnstitutunda, 1954-cü ildən isə SSRİ EA Akustika İnstitutunda işləmişdir. Əsərləri rəqslər nəzəriyyəsinə, fiziki və texniki akustikaya aiddir. Hərəkətdə olan mühitdə səsin yayılma nəzəriyyəsini ilk dəfə Andreyev vermişdir. Andreyev pyezoelektrik, telefon nəzəriyyəsi və musiqi akustikası sahəsində mühüm tədqiqatlar aparmışdır. 3 dəfə Lenin ordeni ilə təltif edilmişdir.
İstinadlar
Kateqoriya:Rusiya fizikləri Kateqoriya:SSRİ-nin "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilənlər Kateqoriya:Sosialist əməyi qəhrəmanları Kateqoriya:"Lenin" ordeni ilə təltif edilənlər Kateqoriya:SSRİ fizikləri Kateqoriya:XX əsrin fizikləri