1957 Avroviziya Mahnı Müsabiqəsi — ikinci Avroviziya Mahnı Müsabiqəsidir. Müsabiqə 3 mart 1957-ci ildə Almaniyanın Frankfurt şəhərində təşkil edilmişdir. Bu müsabiqə də ilk Avroviziya Mahnı Müsabiqəsi kimi radio verilişinə bənzəyirdi. Müsabiqədə İtaliya təmsilçisinin ifa etdiyi mahnının 5 dəqiqədən artıq, Böyük Britaniya təmsilçisinin ifa etdiyi mahnının isə cəmi 1 dəqiqə 30 saniyə olması bundan sonrakı müsabiqələrdə mahnılar üçün 3 dəqiqəlik limitin müəyyənləşdirilməsinə gətirib çıxarmışdır. 1957-ci ildə keçirilən Avroviziya Mahnı Müsabiqəsinin qalibi isə Niderland təmsilçisi olmuşdur.
Keçirilən yer
thumb|left|250px|Großer Sendesaal des hessischen Rundfunks studio's, Frankfurt am Main. Host venue of the 1957 Eurovision Song Contest.
Adətən Frankfurt adlandırılan Frankfurt Mayn şəhəri Mayn çayının hər iki sahilində, Taynus dağının cənub-qərb yamacında yerləşir. Frankfurt-Mayn Hessen federasiyasının ən böyük şəhəridir. Şəhərin cənub hissəsinə Almaniyanın şəhərlərindəki ən böyük meşə olan Frankfurt şəhər meşəsi aiddir. Frankfurtun şəhər mərkəzi Mayn çayının şimal tərəfində yerləşir.
Frankfurtun İkinci dünya müharibəsində bombalanmasından sonra Frankfurt özünü Avropanın ən nüfuzlu maliyyə mərkəzlərindən birinə çevirdi. 1948-ci ildə Frankfurt Beynəlxalq Ticarət Yarmarkasının yaradılması ilə 1950-ci illərə qədər davam edən şəhərin yenidən qurulması növbəti onilliklərdə şəhər üçün artım dövrü olmasını sübut etdi. Milli və beynəlxalq maliyyə institutlarının investisiyalar qoyması ilə 1957-ci ildə Frankfurtda ilk çoxmərtəbəli biznes binaları görünməyə başladı.
İkinci müsabiqənin keçirilməsi üçün seçilmiş yer Großer Sendesaal des hessischen Rundfunks studiyası idi. Studiya Frankfurt Maynda yerləşən keçmiş televiziya studiyası və musiqi zalı idi. Bu Hessen Yayım kompaniyasının keçmiş qərargahı idi. Hazırda bura musiqi zalı kimi istifadə edilir.
Format
Bu ilki müsabiqədə İtaliya təmsilçisinin mahnısı 5:09 dəqiqə davam etdiyi halda, Böyük Britaniya təmsiçinin mahnısı cəmi 1:52 dəqiqə davam etmişdir. Buna görə növbəti müsabiqələrdə mahnıların 3 dəqiqədən uzun olmaması şərti qoyulmuşdur, bu qayda hazırda da mövcuddur.
Əvvəlki müsabiqədən fərqli olaraq bu ilki müsabiqədə duetlərin iştirak etməsinə icazə verilmişdi. Danimarkalı təmsilçilər Birte Vilke və Qustav Vinkler müsabiqədə çıxış edən ilk duet olub. Öz çıxışlarının sonunda cütlük öpüşüblər, bu öpüş müsabiqə tarixindəki ən uzun müddətli öpüş olub.
Bu, münsiflərin telefonla əlaqə saxladığı ilk müsabiqə idi. Həmçinin, bu müsabiqə Niderlandın qalib gəldiyi ilk müsabiqə idi. Başqa əhəmyyətli dəyişiklik münsiflərin öz ölkələrinin nümayəndələrinə səs verə bilməməsi idi. Bu qayda da indiyə kimi mövcuddur.
İştirakçı ölkələr Belçika, Fransa, Almaniya, İtaliya, Lüksemburq, Niderland və İsveçrə müsabiqədə ikinci dəfə təmsil olunurdular. Avstriya, Danimarka və Böyük Britaniya müsabiqədə debüt edirdilər. Bu ölkələr 1956-cı ildə də təmsil olunmaq istəsələr də, müraciət etdikləri tarix təyin olunmuş vaxtdan sonra olmuşdu.
Bələdçilər Hər çıxışda orkestra rəhbərlik edən konduktor olmalı idi.
Belçika - Uili Berkinq Lüksemburq - Uili Berkinq Böyük Britaniya - Erik Robinson İtaliya - Armando Trovajoli Avstriya - Karl de Qruf Niderland - Dolf van der Linden Almaniya - Uili Berkinq Fransa - Paul Durand Danimarka - Kay Mortensen İsveçrə - Uili Berkinq
Nəticələr
# Ölkə Dil Müğənni(lər) Mahnı Yer Xal 01 Niderlandca Bobbeyan Sxopen "Straatdeuntje" Küçə melodiyası 8 5 02 Fransızca Daniel Düpre "Amours mortes (tant de peine)" Ölü sevgi 4 8 03 İngiliscə Patrisiya Bredin "All" Bütün 7 6 04 İtalyanca Nunçio Qallo "Corde della mia chitarra" Gitaramın simləri 6 7 05 Almanca Bob Martin "Wohin, kleines Pony?" Kiçik poni hardadır? 10 3 06 Niderlandca Kori Brokken "Net als toen" Deyərkən 1 31 07 Almanca Marqo Hilşer "Telefon, Telefon" Telefon, telefon 4 8 08 Fransızca Pol Dejarden "La belle amour" Gözəl sevgi 2 17 09 Danca Birte Vilke və Qustav Vinkler "Skibet skal sejle i nat" Gəmi bu gecə hərəkət edəcək 3 10 10 Fransızca Liz Assia "L'enfant que j'étais" Mən uşaq idim 8 5
Səsvermə cədvəli
Səsvermə nəticələri Cəmi Belçika 5 2 2 1 Lüksemburq 8 1 4 3 Böyük Britaniya 6 1 1 1 1 2 İtaliya 7 1 1 2 2 1 Avstriya 3 2 1 Niderland 31 5 3 1 1 6 1 4 3 7 Almaniya 8 1 1 6 Fransa 17 2 4 2 1 6 2 Danimarka 10 2 3 5 İsveçrə 5 1 1 1 2 Beynəlxalq yayımlanma və səsvermə
Aşağıdakı siyahıda hər bir ölkənin verdiyi səsləri açıqlayan nümayəndələrin adı ardıcılıqla qeyd olunub. Hər bir yayımlayan kanal həmçinin müsabiqənin öz dillərində şərh edilməsi üçün müsabiqəyə şərhçi göndərmişdi.
Səsvermə və nümayəndələr - Mani Veber - naməlum - Klaud Darqet - Yoahim Fuşsberger - Uilyem Duys - naməlum - Nunzio Filogamo - Devid Yakobs - naməlum - Bert Leysen
Şərhçilər - Emil Kollpaxer (ORF) - Anton Peters (NIR), Yanine Lambotte (INR) - Qunnar Hansen (Statsradiofonien TV) - Robert Beauvais (RTF) - Volf Mittler (Das Erste) - Yaquez Navadiç (Tele Lüksemburq) - Bianka Maria Pitchinino (Proqramma Nazionale) - Piet te Nuyl (NTS) - Nils Linnman (Radiotjänst TV)Leif Thorsson. Melodifestivalen genom tiderna ["Melodifestivalen through time"] (2006), p. 10. Stockholm: Premium Publishing AB. ISBN 91-89136-29-2 - Giorgis Hardi (TSR) - Berkeley Smit (BBC One), Tom Sloan (BBC Light Programme)
Həmçinin bax
Avroviziya Mahnı Müsabiqəsi
İstinadlar
Xarici keçidlər Eurovision Song Contest
Kateqoriya:1957-ci ildə Almaniya