() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir –NT. Azərbaycanın nadir, Qafqazın endemik növüdür.

Qısa morfoloji təsviri Çoxillik ot bitkisidir, soğanağı yumurtaşəkilli və ya uzunsov, 2-2,5 (3,5) sm enində, tünd-qəhvəyi, tutqun pərdəvari qınla örtülmüşdür. Gövdə 7-15 (20) sm hündürlükdə, 1-3 çiçəklidir. Yarpaqlar boz-yaşıl, göyümtül, qılıncvari, tədricən sivriləşmiş, oraqvari əyilmiş, kənarları ağ xətlə haşiyələnmiş, sıx, qısa kirpikciklidir, çiçəkyanlığının borucuğu 4-5 dəfə yumurtalıqdan uzundur. Çiçəkyanlığı 3,5 -4,5 (5) sm uzunluğunda, yaşılımtıl və ya mavitəhər sarı, qolğun, qıfvari, xarici hissədən enli, uzunsovdur, sütuncuğun hissələri çiçəkyanlığının xarici hissələrindən bir qədər qısa, enli, kütdür, qutucuq 3 sm uzunluğunda, silindrik, uzunsov, qısa buruncuqludur.

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri Çiçəkləmə, meyvə əmələ gətirmə dövrü aprelin ikinci yarısı - may aylarıdır.Mezokserofit, işıqsevəndir. Kökümsovlarla və toxumla çoxalır. Müxtəlifotlu qruplaşmalar əmələ gətirir. Aşağı və orta dağ qurşaqlarında daşlı və otlu yamaclarda bitir. Dekorativ bitkidir.

Yayılması Böyük Qafqazın Quba hissəsi, Qobustan, Kür-Araz ovalığı, Bozqır yaylası, Kiçik Qafqazın şimal və mərkəzi hissələri, Naxçıvanın dağlıq hissəsi və düzənliyi (Şahbuz rayonu, Batbat kəndi, Culfa rayonu, Qızılca kəndinin ətrafı).

Sayı və tendensiyası Geniş yayılma ərazilərinin mövcudluğuna baxmayaraq, əhali tərəfindən intensiv toplanılması gələcəkdə azalma təhlüksəni ehtimal etməyə əsas verir.

Məhdudlaşdırıcı amillər Antropogen amillər (dekorativ bitki kimi əhali tərəfindən yığılması, otarılma).

Mühafizə tədbirləri Yayıldığı sahələr, həmçinin təbii populyasiyalarla mühafizə olunması üçün xüsusi tədbirləri aparılmır, antropogen təsiri azaltmaq məqsədilə yayılma yerlərində yasaqlıqların təşkili, yeni yayılma yerlərinin axtarılması, toxumlarının toxum bankında saxlanılması vacibdir.

Sinonimləri Homotipik sinonimləri

Yarımnövləri

İstinadlar

Həmçinin bax

Kateqoriya:İraq florası Kateqoriya:Türkiyə florası Kateqoriya:Azərbaycan florası Kateqoriya:Qərbi Asiya florası Kateqoriya:Ermənistan florası