() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Populyasiyası təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir – NT. Azərbaycanın endemik növüdür. Regional IUCN Statusu - NT.
Arealı Cənubi Qafqaz üçün endemik növdür.
Qısa morfoloji təsviri Çoxillik ot bitkisidir. Gövdələri 18 sm-ə qədər hündürlükdədir. Yarpaqlar 5-20 mm uzunluğunda, 4-15 mm enində, enli üçkünc-yumurtavari, küt-lələkvaridilimli və ya lələkvari dilimli, 1-7 uzunsov və ya xətvari qanadlı və ya hər tərəfdən dilimli, üst tərəfdə yapışan tükcüklü, boz-yaşıl rəngli, alt tərəfdə uzun, ağ və ya boz tükcüklüdür. Çiçək qrupu sıx, 2,5-5 sm uzunluğunda; çiçəkaltlığının yarpaqları enli-yumurtavaridir, qısa itiləşmiş, yapışqan tükcüklü, kənardan uzun kirpikcikli, açıq-yaşıl və ya bir qədər al-qırmızıdır. Tac 2-3 sm uzunluğunda, sarıdır.
Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri Çiçəkləmə, meyvə əmələgətirmə dövrü may-iyul aylarına təsadüf edir. Kserofitdir. Orta dağ qurşağında quru daşlı yamaclarda rast gəlinir.
Yayılması Lənkəranın dağlıq hissəsidir (Lerik şəhərinin ətrafı).
Sayı və tendensiyası Yeganə lokaliteti müşahidə olunur. Populyasiya azalma tendensiyasına meyillidir.
Məhdudlaşdırıcı amillər Antropogen təsirlər (tapdalanma) və iqlimdir.
Mühafizə tədbirləri Yayılma yerlərində mühafizə tədbirlərinin həyata keçirilməsi təklif olunur.
İstinadlar
Həmçinin bax