() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU A2c + 3c. Azərbaycanın nadir növüdür.

Qısa morfoloji təsviri Çoxillik, 3-25 sm hündürlüyündə ot bitkisidir. Kökyanı rozet yarpaqları dərivari, tamkənarlı, tərs yumurtavari və ya uzunsov tərs yumurtavaridir. Üst tərəfədən oyuqlu və ya 3 dişciklidir. Gövdə yarpaqları xırda, oturaq ellipsvari və ya ellipsvari-xətvaridir. Sonuncu başcıqlar 15–20 mm diametrdə, kürəvaridir. Kasacıq 6–7 mm, meyvə verən zamanı 7,5–88 mm-ə qədər uzanır. Tac 10–11 mm uzunluqda, mavi rəngli, nazik borucuqlu və ikidodaqlı, əyri, çıxıntılı, üst dodağın hissəcikləri sapvari, 4-4,5 mm uzunluğunda, alt dodağın hissəcikləri dar, xətvari, 3 damarlıdır. Erkəkciklər sapvari, tacın borusundan çıxırlar. Meyvə bərabər kisəcik, üst tərəfdə tac ilə, kasacığın içərisində uzunsovdur.

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri Çiçəkləmə may-iyun, meyvə əmələgəlmə iyul aylarına təsadüf edir. Kserofit bitkidir. Aşağı və yuxarı dağ qurşağında otlu yerlərdə rast gəlinir.

Yayılması Naxçıvanın dağlıq hissəsi (Şərur rayonu — Axura, Havuş kəndlərinin ətrafı, Qaraquş dağı ərazisi; Culfa rayonu — Ərəfsə kəndi ətrafı, Aracıq dağı ərazisi).

Sayı və tendensiyası Populyasiyanın sayı azdır, mənfi amillər azalmasını sürətləndirir.

Məhdudlaşdırıcı amillər Antropogen faktorlar (otarılma, tapdalanma) və iqlimdir.

Mühafizə tədbirləri Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkı və Arpaçay Dövlət Təbiət Yasaqlığı ərazisində yayıldığı sahələr xüsusi nəzarət altına alınmalı və təbii populyasiyaları mühafizə olunmalıdır.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Avropa florası Kateqoriya:Asiya florası Kateqoriya:Afrika florası