() — aləminin tipinin sinfinin dəstəsinin fəsiləsinin cinsinə aid heyvan növü.
Qısa təsviri Kütləsi 3,7-13,6 qram, bədəninin uzunluğu 58-80,5 mm, quyruğu 30-39,2 mm, pəncələri 10,3-13,9 mm-dir. Bədənin üst tərəfi oxra-boz və ya qonurumtul-boz, bədənin yanları və alt tərəfi ağdır. V.E.Sokolov və A.K.Tembotova görə (1989) Şərqi Zaqafqaziyada C.l.kuzyakini sub sp. nov. yarımnövü yaşayır.
Yayılması Avropada, Qafqazda, Ön və Mərkəzi Asiyada, Çində və Monqolustanda yayılmışdır. Azərbaycanın bütün ərazilərində qeydə alınmışdır. Düzənliklərə üstünlük verir. Dağlarda 1800–2000 m-dək hündürlükdə qeydə alınmışdır.
Sayı Geniş yayılmış, ancaq azsaylı yerqazanlara aiddir.
Həyat tərzi Çoxalması martın sonunda-aprelin əvvəlində başlayıb oktyabra qədər davam edir. İl ərzində 2-3 nəsil verir. Çoxalmasının müddətləri və davamlığı həm populyasiyanın vəziyyə-tindən, həm də yem və iqlim şəraitindən asılıdır. Yazda balaların sayı yayda və payızdakından çox olur. Qidasında böcək sürfələri, sərtqanadlılar, ikiqanadlılar, molyusklar, kərtənkələlər, siçankimi gəmiricilər aşkar edilmişdir. Bir çox zərərli cücüləri məhv etməklə meşə təsərrüfatına fayda verir.
İstinadlar
Həmçinin bax
Kateqoriya:1780-ci ildə təsvir edilən məməlilər Kateqoriya:Türkiyə məməliləri Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Asiya faunası