Əlvan eliya () — buğumayaqlılar tipinin yarımsərtqanadlılar dəstəsinə aid olan növ.

Xarici quruluşu Bu növ digər Aelia növlərindən əsasən qarnının altında olan 6 cərgə düzülmüş dördbucaqlı tünd ləkələrin olması ilə fərqlənir. Ortadakı iki cərgədə ləkələr kiçikdir. ətraf ləkələr bəzən birləşib tünd zolaq əmələ gətirir. Bu növə tək – tək təsadüf edilir.

Yayılması Əlvan eliya Talışda yüksək dağlıq hissədə, kiçik Qafqazda isə Gəncə zonası rayonlarında geniş yayılmışdır. Bu növün kütləvi çoxalmasına təsadüf ediməmişdir. Bioloji xüsusiyyətləri şişbaşlı eliyankına oxşardır.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Həşəratlar