() — aləminin tipinin sinfinin dəstəsinin fəsiləsinin cinsinə aid heyvan növü.

Qısa təsviri Bədənin uzunluğu 45-54 sm, quyruğun uzunluğu 25-35 sm-dir. Çəkisi 1700-1800 qramdır. Xarici görünüşcə meşə dələsinə çox oxşayır. Lakin meşə dələsinin boğazının altı bütünlüklə narıncı-sarı rəngdə olduğu halda, daşlıq dələsinin boğazının altındakı tamamilə ağdır. Ona görə də bu dələyə ağdöş dələ deyirlər.

Yayılması Daşlıq dələsinin hazırkı arealı Qərbi Avropa, Ön, Orta, Mərkəzi və Şərqi Asiya ölkələrinin ərazisini əhatə edir. Dəniz səviyyəsindən 3000 m-dək yüksəkliklərə qalxırlar. Xəz-dərili heyvan kimi ABŞ Viskonsiya ştatına introduksiya edilmişdir.

Azərbaycan ərazisəndə meşə dələsinə nisbətən daşlıq dələsi geniş yayılmışdır. Hazırda əsasən Böyük və Kiçik Qafqaz sıra dağlarının qayalıqlarında, Naxçıvan MR-da, Talış dağlarının dağ və dağətəyi, eləcə də meşəlik sahələrində yayılmışdır. Ən çox Böyük və Kiçik Qafqazın dağətəyi fıstıq və qarışıq meşələrində təsadüf olunur.

Həyat tərzi Həyat tərzi meşə dələlərində olduğu kimidir, lakin meşə dələlərindən fərqli olaraq, yaşayış məntəqələrindən çox da uzağa getmir. Qayalıq yerlərə üstünlük verir və yuvasını yarğanlarda və ağac köklərinin arasında düzəldir. Çevikliyi, cəldliyi, uzunsov bədən quruluşuna malik olması sahəsində dar dəliklərdən və deşiklərdən asanlıqla keçir.

Qidalanması Əsasən gecə yırtıcısı olub, xırda gəmiricilərlə, quşlar, sürünənlər və suda-quruda yaşayan heyvanlarla, az hallarda isə bəzi meyvələrlə qidalanırlar.

Çoxalması İyul ayında cütləşirlər. 236-274 gün davam edən boğazlıq dövründə sonra ana dələ 8-ə qədər bala doğur. Balalrın sayı çox vaxt 3-4-dür.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Pakistan məməliləri Kateqoriya:Hindistan məməliləri Kateqoriya:Azərbaycan məməliləri Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Avropa faunası Kateqoriya:25–29 ID olan Taksonbar Kateqoriya:Qərbi Asiya məməliləri Kateqoriya:1777-ci ildə təsvir edilən məməlilər