() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir – EN B1abc (ii,iii,iv). Azərbaycanın nadir növüdür.
Qısa morfoloji təsviri Çoxillik bitkidir.Bitkinin hündürlüyü 50 sm-dir. Kökətrafı yarpaqları üçküncdür, üçər bölümlüdür, son ayları lansetvari və ya ovalvaridir, 15 mm uzunluğundadır. Ləçəkləri uzunsovdur, kənardakılar tükcüklüdür, uzunluğu 1,5 mm-dir. Meyvələrinin kənarları enli qanadlıdır, diametri yarımmeyvə ilə bərabərdir.
Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri Çiçəkləmə may-iyun, meyvəvermə iyul ayına təsadüf edir. Aşağı dağ qurşaqlarında, gilli-gipisli və quru, daşlı dərələrdə rast gəlinir.
Yayılması Naxçıvanın dağlıq hissəsində yayılmışdır (Duzdağ ərazisi; Sədərək rayonu — Vəlidağ, Şərur rayonu — Ardıcdağ; Culfa rayonu — Dərəşam ərazisi).
Sayı və tendensiyası Populyasiya məhdud ərazilərdə və azsaylı olduğu üçün ehtiyatı azdır.
Məhdudlaşdırıcı amillər Antropogen iqlim amillərinin məhdudlaşdırıcı təsiri.
Mühafizə tədbirləri Populyasiya təhlükə altında olduğundan qorunması vacibdir. Yayıldığı mühitə uyğun geniş ərazilərdə reintroduksiya edilməlidir.
İstinadlar
Həmçinin bax