Gözəl bilimbiya (Elmi adı - Bilimbia pulchra) — IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Nadir növdür.Azərbaycan Respublikasının Qırmızı kitabı  Nadir və nəsli kəsilməkdə olan bitki və göbələk növləri II nəşr, Bakı-2013

Qısa morfoloji təsviri Tallomun nazik, dənəvər quruluşda olub, qəhvəyi-boz rəngdədir. Apotesiləri tallom səthində səpələnmiş vəziyyətdə 2-3 yerləşmişdir. Diametri 0,4-0,8 mm, oturaqdır. Apotesi diski dəirmi, qara, tutqun, çılpaqdır. Diskin qıraqları nisbətən açıqdır. Tallom KOH təsirindən bənövşəyi rəng alır.Окснер А.Н. 1968

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri Qazmaqvari həyatı formaya malikdir. Cinsi çoxalması sporlar vasitəsilədir. Bitki örtüyünün genofondu baxımından əhəmiyyətlidir.

Yayılması Gözəl bilimbiya Şəki rayonu Küngüt kəndi ətrafında, meyvə bağında gilas ağacı qabığında yayılmışdır.Новрузов В.С., Бархалов Ш.О. 1977

Sayı və tendensiyası Gözəl bilimbiyanın yayılma ərazilərinin sahəsinin və yaşayış mühitinin keyfiyyətinin davam edən azalması müşahidə olunur.Tərtibçnin məlumatı. 

Məhdudlaşdırıcı amillər Gözəl bilimbiyanı məhdudlaşdıran əsas antropogen amillər, ağacların qırılması və atmosferin çirklənməsidir.

Mühafizə tədbirləri Növün rast gəldiyi Şəki rayonu Baş Küngüt kəndi ətrafındakı meyvə bağını yasaqlıq elan etmək, populyasiyalar üzərində daimi nəzarət tətbiq etmək, yeni yayılma yerlərini aşkar etmək lazımdır.

İstinadlar

Həmçinin bax

Kateqoriya:İntervikisiz biologiya məqalələri Kateqoriya:Bitkilər Kateqoriya:Azərbaycan florası