Komarov birəotu  - (lat. Pyrethrum komarowii Sosn.). Asterkimilər - (Asteraceae Dumort.) fəsiləsinə aid bitki növü.

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU A2cd ; B1ab(i, iii, iv)c(i, ii, iii). Azərbaycanın nadir, Qafqazın endemik növüdür. Azərbaycan Respublikasının Qırmızı kitabı " Nadir və nəsli kəsilməkdə olan bitki və göbələk növləri " II nəşr, Bakı 2013http://redbook.az/?options=project&id=Komarov%20bir%C9%99otu

Regional IUCN Statusu - NT Schtaz G., Shulkina T., Solomon J., 2013

Qısa morfoloji təsviri

Çılpaq, əsasında çoxbudaqlı, 4-13 (25) sm hündürlükdə alçaqboylu yarımkolcuqdur. Yarpaqları qısa saplaqlarla, uzunsov, tərs-yumurtavari formada, yarpaq ayası lələklərə bölünmüş, aşağı seqmentləri bütöv, xətli, yuxarı seqmentləri sivriləşmiş hissələrlə, az sayda olur; gövdə yarpaqları oturaq vəziyyətdə, balaca, bunlardan yuxarıda yerləşənlər çox xırda və bütöv şəkildədir. Çiçək səbətləri tək-tək olur. Dilşəkilli çiçəkləri ağ rəngli, 10–15 mm uzunluğunda, 4–5 mm enindədir. Toxumcaları 3 sm uzunluğundadır.Флора Азербайджан, 1961

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri Çiçəklənmə və meyvəgətirmə dövrü iyun-avqust aylarına təsadüf edir. Toxumla çoxalır, quraqlığa davamlı (kserofit), işıqsevəndir (heliofit), alp qurşağında rast gəlinir.Mustafayeva S.C., 2008Naxçıvan MR-in Qırmızı kitabı, 2010

Yayılması  Kiçik Qafqazın şimal və cənub hissəsi, Naxçıvanın dağlıq hissəsi (Ordubad rayonu - Ordubad şəhəri və Paraqa kəndi ətrafı, Qapıcıq dağı; Culfa rayonu- Ləkətağ dağı; Şahbuz rayonu – Biçənək kəndi ətrafı, Keçəldağ ətrafı).

Sayı və tendensiyası Populyasiyanın ehtiyatı azdır, mənfi təsirlərə həssaslıq müşahidə olunur.

Məhdudlaşdırıcı amillər Antropogen, zoogen, iqlim amillərinin təsiridir.

Mühafizə tədbirləri Yayıldığı ərazilərin tam mühafizəsi, Zəngəzur Milli Parkı ərazisində yayıldığı sahələrin xüsusi nəzarət altına alınması, növün müasir vəziyyətinin öyrənilməsi, yeni yayılma sahələrinin aşkar ediməsi, introduksiyası, toxum bankında saxlanılması təklif olunur.Azərbaycan SSR-in Qırmızı kitabı, 1989

İstinadlar

Kateqoriya:Nəsli kəsilməyə həssas olanlar