İsmail Semyonov (Jırçı İsmail; ) — Qafqazda çox məşhur olan "Elbrus", "Aktamak" adlı xalq mahnılarının müəllifi.
Həyatı Onun anası Julduzxan folklor söyləyicisi olmuşdur. Bu qadın özünün qoşduğu şeirlərlə danışırmış. Atası Unux dövrünün savadlı adamlarından, klassik ədəbiyyatın və ərəb dilinin mükəmməl bilicisi olmuş, 38 yaşında Həccə ziyarət zamanı vəfat etmişdir. Jırçı İsmailin ilk müəllimləri vali-deynləri, ilham mənbəyi isə ətəyində yaşadığı Elbrus dağı, doğma təbiəti gözəllikləri olmuşdur. Digər tərəfdən, ona bu istedad nəsilliklə ötürülmüşdür. İsmail Semyonovun babası xalq jırçısı Kaltur Semyonov olmuşdur.
Qaraçay-malkar şeirində fəlsəfi düşüncənin və poetik sözün zirvəsini xalq şairi, nəğməkar İsmail Semenovun (Semenlanı) yaradıcılığı təşkil edir. O, məşhur "Minnitav" (Elbrus dağı) mahnısının, “Aktamak” lirik-epik poemasının və b. poetik parçaların yazarıdır. Bu poema dağlının yüksək və ülvi sevgisi haqqındadır. Poemada simvolikadan fəlsəfi səviyyədə istifadə olunmuşdur. Burada təbiətin gözəl mənzərələri canlanır, milli adət və ənənələr göstərilir. Xalq şeirləri üslubunda yazıları ilə ədəbiyyata gələn İ.Semenov 1920-ci illərdən modern şeir yaradıcılığına başlamışdır. 1939-cu ildə ermənilərin milli qəhrəmanı Sasunlu Davudun 1000 illiyinə Yerevan şəhərində təşkil olunmuş şeir müsabiqəsində birinci mükafata layiq görülməsinə baxmayaraq həmişə sıxışdırılmış, şeirlərinin çapına qadağalar qoyulmuşdur. Buna baxmayaraq ömrünün sonunadək antisovet ruhlu şeirlər yazmaqdan çəkinməmişdir. İsmail Semenov cəsarəti, qətiyyəti və dönməzliyi ilə nəinki qaraçay-malkalar arasında, Quzey Qafqazın hər yerində nüfuzlu bir şəxs kimi tanınmışdırƏli Şamil.Türk Dünyasının Məşhurları. Bakı-2011.
İstinadlar
Xarici keçidlər Певец Эльбруса Исмаилу Семёнову исполнилось бы 107 лет Малиджак: юный фаворит шаха Каджара. История любви и власти в Иране Имена и времена: "Исмаил Семенов". 1 часть (22.10.2016) Имена и времена: "Исмаил Семенов". 2 часть (29.10.2016) İsmail Semenov'un 120. yılı için TÜRKSOY'un düzenlediği festival
Kateqoriya:Rusiya uzunömürlüləri Kateqoriya:SSRİ şairləri Kateqoriya:SSRİ yazıçıları