2018 Avroviziya Mahnı Müsabiqəsi (; ) — sayca 63-cü Avroviziya Mahnı Müsabiqəsidir. Salvador Sobralın ifa etdiyi "Amar Pelos Dois" mahnısı ilə 2017 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 2018-ci ildə Portuqaliya ilk dəfə Avroviziyaya ev sahibliyi etmək hüququ qazanmışdır. Müsabiqə Portuqaliyanın paytaxtı Lissabon şəhərində, Altice Arenada, "All Aboard!" () şüarı altında keçirilmişdir. Müsabiqənin yarımfinalları 2018-ci ilin 8 və 10 may, final isə 12 may tarixində baş tutmuşdur. Katarina Furtado, Daniela Rua, Filomena Kautela və Silviya Alberto müsabiqəyə aparıcılıq etmişdir.

17 noyabr 2017-ci il tarixində Avropa Yayım İttifaqı Lissabonda keçirilən Avroviziya 2018-də 43 ölkənin iştirak edəcəyini açıqlamışdır. 2017 Avroviziya Mahnı Müsabiqəsində Rusiyanı təmsil etməli olan müğənni Yuliya Samoylovaya ev sahibi Ukraynanın ölkəyə giriş qadağası qoymasının ardınca Rusiya müsabiqədə iştirakdan imtina etmişdir. Bir illik fasilədən sonra 2018-ci ildə Rusiya müsabiqəyə geri dönmüşdür. Ölkəni Lissabonda məhz Yuliya Samoylova təmsil etmişdir. Şimali Makedoniyanın ilk öncə maliyyə problemləri səbəbindən Avroviziya 2018-də iştirak etməyəcəyi bildirilsə də, daha sonra Avroviziyanın rəsmi saytı ölkənin müsabiqəyə qoşulacağını elan etmişdir. Bu müsabiqə Azərbaycan, Rusiya və Rumıniyanın Avroviziya tarixində ilk dəfə finala keçməməsi ilə yadda qalmışdır. Bu eyni zamanda 2005-ci ildən bəri ilk heç bir Qafqaz ölkəsinin iştirak etmədiyi Avroviziya finalı olmuşdur.

12 may tarixində baş tutan final şousunda İsrail təmsilçisi Netta Barzilay ifa etdiyi "Toy" mahnısı ilə 529 xal toplayaraq qalib gəlmişdir. Bu müsabiqəyə ilk dəfə 1973-cü ildə qoşulan İsrailin Avroviziyada dördüncü qalibiyyəti idi.

Keçirildiyi yer thumb|left|Müsabiqənin keçirildiyi məkan, Altice Arena, Lissabon, Portuqaliya 2017-ci ildə Salvador Sobralın "Amar Pelos Dois" mahnısı ilə Portuqaliyaya qələbə qazandırmasının ardınca müsabiqə Portuqaliyanın paytaxtı Lissabonda Altice Arenada keçiriləcəkdir. Ümumilikdə Avropanın ən böyük qapalı arenalarından biri olan Altice Arena eyni anda 20,000 nəfərlik izləyicini qəbul edə biləcək şəraitə malikdir.

Tender mərhələsi Portuqaliyanın 2017 Avroviziya Mahnı Müsabiqəsindəki qələbəsinin ardınca 14 may 2017-cı il tarixdə Portuqaliyanın milli televiziya kompaniyası olan RTP-nin baş direktoru Nuno Artur Silva açıqlamasında ölkənin növbəti Avroviziyanı keçirməyə hazır olduğunu və Portuqaliyanın ən böyük arenası olan Altice Arenanın müsabiqəyə ev sahibliyi etməsinin mümkünlüyünü vurğulamışdır. 15 may tarixində RTP tərəfindən Lissabonun ev sahibi şəhər olacağı açıqlanmasına baxmayaraq, növbəti gün bununla bağlı son qərarın hal-hazırda alınmadığı bildirilmişdir.

RTP və Avropa Yayım İttifaqı (AYİ) tərəfindən ev sahibi ola biləcək şəhər və arenalar üçün aşağıdakı meyarlar vurğulanmışdır: Arena minimum 10,000 nəfər tamaşaçını qəbul etməyə hazır olmalıdır. Beynəlxalq mətbuat mərkəzi minimum 1,500 nəfər dünyanın müxtəlif yerlərindən olan jurnalist heyətini qəbul etməyə hazır olmalıdır. Ən azı 2,000 nümayəndə heyətinin, akkreditə olunmuş jurnalistlərin və tamaşaçıların yerləşdirilməsi üçün müxtəlif qiymət kateqoriyalarına malik otellər olmalıdır. Ev sahibi şəhər səmərəli nəqliyyat infrastrukturuna, uyğun sayda və böyüklüyə malik otellərə malik olmalıdır. Arena beynəlxalq hava limanına yaxın olmalıdır.

Lissabondan başqa daha altı şəhər müsabiqəyə ev sahibliyi üçün namizədliyini irəli sürmüşdür: Braqa, Eşpinyu, Faru, Qimaraynş, Qondomar və Santa Mariya da Feyra. 25 iyul tarixində RTP və AYİ Lissabonun 2018 Avroviziya Mahnı Müsabiqəsinə ev sahibliyi edəcəyini rəsmi olaraq təsdiqləmişdir.

Şəhər ArenaTutumQeyd BraqaBraga Exhibition Park15,000 (təmirdən sonra)1981-ci ildə inşa edilmiş və 1987-ci ildə ərazisinin genişləndirildiyi aqro-sənaye parkı. Hal-hazırda təmirdədir və təmirin 2018-ci ilin əvvəllərində başa çatacağı gözlənilir. Lissabon Altice Arena 20,000Ümumilikdə Avropanın ən böyük qapalı arenalarından biri olan Altice Arena eyni anda 20,000 nəfərlik izləyicini qəbul edə biləcək şəraitə malikdir. Arena 1998-ci ildə inşa edilib və Portuqaliyanın ən böyük arenasıdır. QimaraynşMultiusos de Guimarães10,000 2001-ci ildə inşa edilmiş maksimum 10,000 nəfərlik izləyicini qəbul edə biləcək şəraitə malik arena. QondomarMultiusos de Gondomar Coração de Ouro8,0002007-ci ildə inşa edilmiş maksimum 8,000 nəfərlik izləyicini qəbul edə biləcək şəraitə malik arena. Santa Mariya da FeyraEuroparque11,0001995-ci ildə inşa edilmiş maksimum 11,000 nəfərlik izləyicini qəbul edə biləcək şəraitə malik arena.

Avroviziya kəndi Avroviziya kəndi Avroviziya 2018 ərzində Lissabonda təyin edilmiş rəsmi müsabiqə ərazisidir. Müsabiqənin keçirdiyi müddət ərzində Avroviziya kəndində ifaçıların, DJ-lərin konsert proqramlarına, xüsusi şoulara qatılmaq mümkündür. Əraziyə yerləşdirilmiş böyük LED ekranlar sayəsində Avroviziyanı canlı olaraq oradan da izləmək mümkün olmuşdur.

Avroviziya kəndi ərazisi kimi Praça do Comércio meydanı seçilmişdir. Bu Lissabondakı ən böyük meydandır və Taxo çayının yanında yerləşir. Meydanda ənənəvi rəngli binalar və meydanın ortasında Kral Jozenin heykəli vardır. Tarixdə Praça do Comércio əsasən ticarətçilərin xaricdən gələn malları satdığı yer olmuşdur.

Açılış mərasimi və Qırmızı xalı Qırmızı xalı mərasimi 6 may tarixində İncəsənət, arxitektura və texnologiya muzeyində keçirilmişdur. Mərasimdə bütün ölkə təmsilçiləri qırmızı xalıdan keçərək, müsabiqə fanatlarına, jurnalistlərə və qonaqlara təqdim olunurlar. Qırmızı xalıdan sonra Lissabonun Elektrik muzeyində müsabiqənin açılış mərasimi baş tutmuşdur.

Format Yarımfinallara bölünmə səbətləri İştirakçı ölkələrin hansı yarımfinallarda iştirak edəcəyini müəyyən etmək məqsədi ilə 29 yanvar 2018 tarixində Silviya Alberto və Filomena Kautelanın aparıcılığında Lissabonda püşkatma keçirilmişdir.

Püşkatmanın ilk mərhələsində ev sahibi-ölkə Portuqaliya və Böyük beşlik ölkələrinin hansı yarımfinallarda səs verəcəkləri və ifa edəcəkləri müəyyən edilmişdir. İkinci mərhələdə ölkələrin hansı yarımfinallarda iştirak edəcəkləri və yarımfinalların neçənci hissəsində (birinci və ya ikinci) ifa edəcəkləri təyin olunmuşdur. Yarımfinalların birində 19 ölkə, digərində isə 18 ölkə iştirak edəcək. Hər yarı finalda ilk onluğa daxil olan ölkələr, ev sahibi ölkə və 'Böyük beşlik' daxil olmaqla cəmi 26 ölkə finalda iştirak edəcək. AYİ, 12 yanvar 2018 tarixində yarışmanın rəsmi telesəsvermə üzrə sponsoru Digame-nin apardığı hesablamalar nəticəsində 37 ölkədən müsabiqənin tarixində ənənəvi olaraq bir-birlərinə səs verənləri təyin edərək, 6 səbətə ayırmışdır.

1-ci Səbət2-ci Səbət3-cü Səbət4-cü Səbət5-ci Səbət6-cı Səbət

İştirakçı ölkələr thumb|250px| 43 ölkənin iştirak etdiyi Avroviziya 2018 otuz yeddi ölkənin final uğrunda mübarizə apardığı iki yarımfinal mərhələsindən və iyirmi altı ölkənin qalibiyyət uğrunda mübarizə apardığı final mərhələsindən təşkil olunacaqdır. "Böyük Beşlik" ölkələri (Almaniya, Böyük Britaniya, Fransa, İspaniya, İtaliya) və ev sahibi Portuqaliya müsabiqənin finalında birbaşa iştirak etmək hüququ qazanmışdırlar.

Yenidən iştirak edən ifaçılar Norveç təmsilçisi Aleksandr Rıbak daha öncə 2009 Avroviziya Mahnı Müsabiqəsində ölkəyə qələbə qazandırmışdır. Niderland təmsilçisi Ueylon daha öncə ölkəni The Common Linnets qrupunun üzvü olaraq 2014 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş və ikinci yeri qazanmışdır. Avstriya təmsilçisi Sezar Sampson daha öncə 2016 və 2017-ci illərdə Bolqarıstan təmsilçilərini səhnədə dəstək vokalçı olaraq müşayiət etmişdir. Böyük Britaniya təmsilçisi SuRie daha öncə 2015 və 2017-ci illərdə Belçika təmsilçilərini səhnədə dəstək vokalçı olaraq müşayiət etmişdir. Sloveniya təmsilçisi Lea Sirk daha öncə 2014-cü ildə ölkə təmsilçisi Tinkara Kovaçı səhnədə dəstək vokalçı olaraq müşayiət etmişdir. Bolqarıstanı təmsil edən EQUINOX qrupunun üzvü Vlado Mixailov 2017 Avroviziya Mahnı Müsabiqəsində Bolqarıstan təmsilçisini dəstək vokalçı olaraq müşayiət etmişdir. Avstraliya təmsilçisi Cessika Mauboy daha öncə 2014 Avroviziya Mahnı Müsabiqəsinin ikinci yarımfinalında interval akt kimi çıxış etmişdir.

1-ci yarımfinal 8 may tarixində baş tutan yarımfinal mərhələsində 19 ölkə iştirak etmişdir. Bu yarımfinalda iştirak edən bütün ölkələr və eyni zamanda Böyük Britaniya, İspaniya və Portuqaliya səsvermədə iştirak etmişdir. 50% telesəsvermə, 50% münsif səslərinin tətbir olunduğu yeni səsvermə metodu ilə ən çox səs toplayan 10 ölkə müsabiqənin finalına vəsiqə qazanmışdır.

Cədvəldə işarələnmiş ölkələr müsabiqənin final mərhələsinə vəsiqə qazanmışdırlar.

№ Ölkə Dil Müğənni(lər) Mahnı Tərcümə Yer Xal 01 İngiliscə Aysel Məmmədova "X My Heart" Qəlbimdən keçdim1194 02 İngiliscə Ari Oulafsson "Our Choice" Bizim seçimimiz1915 03 Albanca Euqent Buşpepa "Mall" Həsrət8162 04 İngiliscə Sennek "A Matter of Time" Zaman məsələsi1291 05 İngiliscə Mikolas Yosef "Lie to Me" Mənə yalan de 3232 06 İngiliscə, Litvaca Yeva Zasimauskayte "When We're Old" Biz yaşlanarkən9119 07 İngiliscə, İvritcə Netta Barzilay "Toy" Oyuncaq 1 283 08 İngiliscə Alekseev "Forever" Əbədi 16 65 09 İtalyanca Elina Neçayeva "La Forza" Güc 5 201 10 İngiliscə Equinox "Bones" Sümüklər 7 177 11 İngiliscə Eye Cue "Lost and Found" İtmiş və tapılmış 18 24 12 İngiliscə Franka Bateliç "Crazy" Dəli 17 63 13 İngiliscə Sezar Sampson "Nobody but You" Səndən başqa heç kəs4231 14 Yunanca Qianna Terzi "Oneiro Mou" (Όνειρο Μου) Yuxum1481 15 İngiliscə Saara Aalto "Monsters" Bədheybətlər10108 16 Ermənicə Sevak Xanağyan "Qami" (Քամի) Külək1579 17 İngiliscə ZiBBZ "Stones" Daşlar1386 18 İngiliscə Rayan O'Şounessi "Together" Birlikdə6179 19 İngiliscə, İspanca Eleni Fureyra "Fuego" Atəş2262

2-ci yarımfinal 10 may tarixində baş tutan yarımfinal mərhələsində 18 ölkə iştirak etmişdir. Bu yarımfinalda iştirak edən bütün ölkələr və eyni zamanda Almaniya, Fransa və İtaliya səsvermədə iştirak etmişdir. 50% telesəsvermə, 50% münsif səslərinin tətbir olunduğu yeni səsvermə metodu ilə ən çox səs toplayan 10 ölkə müsabiqənin finalına vəsiqə qazanmışdır.

Cədvəldə işarələnmiş ölkələr müsabiqənin final mərhələsinə vəsiqə qazanmışdırlar.

№ Ölkə Dil Müğənni(lər) Mahnı Tərcümə Yer Xal 01 İngiliscə Aleksandr Rıbak "That's How You Write a Song" Mahnını bu cür yazmalısan1266 02 İngiliscə The Humans "Goodbye" Sağ olun11107 03 Serbcə Sanya İliç və Balkanika "Nova deca" (Нова деца) Yeni uşaqlar9117 04 İngiliscə Cessika və Cenifer Breninq "Who We Are" Biz kimik1728 05 İngiliscə, İslandca Rasmussen "Higher Ground" Yüksək torpaq5204 06 İngiliscə Yuliya Samoylova "I Won't Break" Mən qırılmayacağam1565 07 İngiliscə DoReDoS "My Lucky Day" Mənim uğurlu günüm3235 08 İngiliscə Ueylon "Outlaw in 'Em" İçlərindəki cinayətkar7174 09 İngiliscə Cessika Mauboy "We Got Love" Bizim sevgimiz var4212 10 Gürcücə Mahnının adı ingiliscə olsa da, mahnı bütünlüklə gürcü dilində ifa edilmişdir. İriao "For You" Sənin üçün1824 11 İngiliscə Gromee və Lukas Meyer "Light Me Up" Məni aydınlat1481 12 İngiliscə Kristabel "Taboo" Qadağan 13101 13 Macarca AWS "Viszlát nyár" Sağol, yay10111 14 İngiliscə Laura Rizzotto "Funny Girl" Məzəli qız12106 15 İngiliscə Benyamin İnqrosso "Dance You Off" Səni rəqs etdirmək2254 16 Monteneqrcə Vanya Radovanoviç "Inje" Çən1640 17 Slovencə, Portuqalca Lea Sirk "Hvala, ne!" Təşəkkür edirəm, yox!8132 18 İngiliscə Melovin "Under the Ladder" Nərdivan altında6179

Final

Finalçılar: "Böyük Beşlik" ölkələri (Almaniya, Böyük Britaniya, Fransa, İspaniya və İtaliya); Ev sahibi ölkə (Portuqaliya); Birinci yarımfinal mərhələsindən ilk onluğa daxil olan ölkələr; İkinci yarımfinal mərhələsindən ilk onluğa daxil olan ölkələr.

12 may tarixində keçirilən final mərhələsində 26 ölkə iştirak etmişdir. Müsabiqədə iştirak edən bütün ölkələr səsvermədə iştirak etmişdir və İsrail təmsilçisi ən çox səs toplayaraq müsabiqənin qalibi elan edilmişdir.