() — aləminin şöbəsinin sinfinin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.
Botaniki xarakteristikası Hündürlüyü 6-60 sm olan çoxillik bitkidir. Kökümsovu üfüqi yerləşmişdir, budaqlanmışdır, yumşaq qəhvəyi nazik təbəqə ilə sıx örtülüdür. Yarpaq ayası görünüşünə görə neştərvari, ikiqat-lələkvari kəsilmiş, üst tərəfdən yaşıl, alt tərəfdən ensiz-neştərvari, sivri, qəhvəyi təbəqəlidir; ikinci cərgənin seqmentləri uzunsov, küt, tamkənarlıdır. Yarpaq saplağı uzun, tündqırmızı rəngdədir, qismən sıx qəhvəyiyə çalan nazik dəriciklə örtülmüşdür. Sporları qonur rənglidir, küt iynəlidir. İyul-sentyabr aylarında sporlayır.
Azərbaycanda yayılması Qobustan, BQ şərq, Kür düz., KQ mərkəzi, KQ cənub. Aşağı dağ qurşağından orta dağ qurşağına qədər.
Yaşayış mühiti Quru daşlı-qayalı yamaclarda, kolluqlarların daşlı yerlərində, qaya yarıqlarında rast gəlinir.
İstinadlar
Həmçinin bax